İmumniteti hansı vitaminlər gücləndirir?
Noxud, paxla, mərcini hər gün istifadə edin
Protein ehtiyacı cinsiyyət, yaş, boy, çəkiyə görə dəyişir. Ancaq noxud, paxla, qırmızı və yaşıl mərci kimi qidalar protein ehtiyacını qarşılayır.
Həftədə 2 dəfə balıq ilə qidalanmaq ağciyərləri gücləndirir
Həm protein, həm də imumnitet sisteminin gücləndirilməsində əhəmiyyətli rol oynayan omeqa-3 baxımından həftədə 2 dəfə balıq ilə qidalanmaq tövsiyə olunur.
A, E və C vitamini; sink və selenium siyahınızda olsun
Xüsusilə, A, E və C vitaminləri və sink, selenium kimi minerallar imumnitet sistemini gücləndirir və bədəni təmizləyici xüsusiyyətə malikdir.
A vitamini, tənəffüs sistemini infeksiyalardan qoruyur.
Ən çox qaraciyər, yumurta, süd və süd məhsulları kimi heyvan mənşəli qidalarda və kök, ispanaq, ərik, balqabaq kimi tərəvəzlərin tərkibində var.
E vitamini, bilinən ən yaxşı antioksidan vitaminlərdəndir.
Fındıq, qoz kimi quru meyvlərdə, zeytun yağı kimi bitki mənşəli yağlarda, taxılın tərkibində var.
C vitamini, ən yaxşı antioksidandır.
Əsas mənbələri qırmızı bibər, kekniş, brokoli, çiyələk, portağal, kivi kimi tərəvəz və meyələrdir.
Həcər Əmiraslanlı
