İncəsənət insanları bir araya gətirir
2026-cı il Mədəniyyət İli çərçivəsində Qətər, Meksika və Kanadadan olan rəssam və dizaynerlər öz ölkələrinin mədəni irsini, ənənələrini və yaradıcı yanaşmalarını bölüşmək məqsədilə birgə layihələr həyata keçirirlər.
Meksikalı dizayner Fernando Laposse Dohada təşkil olunan sərgidə Meksikanın təbii boyalarını Qətər mirvariləri ilə bir araya gətirir. O, həmçinin qədim əkinçilik üsullarının və toxumların bitkilərin quraq və isti iqlim şəraitinə uyğunlaşmasına necə kömək edə biləcəyini araşdırır.
Qətərdə yaşayan dizayner Yasəmin Şeyxi isə yerli sənətkarlarla əməkdaşlıq etmək üçün Meksikaya səfər edib. O, ənənəvi keramika və metal emalı texnikalarını müasir dizayn yanaşmaları ilə birləşdirərək yeni sənət nümunələri yaradır. Dizayner iki ölkənin bədii ənənələrində və naxışlarında bir sıra oxşarlıqlar aşkar etdiyini bildirir.
Mədəniyyətlərarası əməkdaşlığın digər nümunəsi isə Dohada fəaliyyət göstərən MIHAD müasir incəsənət qalereyasında təqdim olunur. Burada kanadalı fotoqraf Joanna Johnston mərhum atası ilə birlikdə Alberta bölgəsinə etdiyi səfər zamanı çəkdiyi fotoşəkilləri nümayiş etdirir. Onun şəxsi xatirələrə əsaslanan foto işləri vizual hekayəçilik vasitəsilə Kanada təbiətini Qətər auditoriyasına təqdim edir.
Bu layihələr bir daha göstərir ki, incəsənət coğrafi sərhədləri aşaraq müxtəlif mədəniyyətlərə mənsub insanları bir araya gətirir, qarşılıqlı anlaşmanı gücləndirir və yeni dostluqların yaranmasına şərait yaradır.
News in level
Aysun Xəlilova