İsveçrədən Türkiyəyə son iki ildə 1 milyard dollardan çox investisiya yatırılıb
Son iki ildə İsveçrədən Türkiyəyə yatırılan birbaşa investisiyaların ümumi həcmi 1 milyard dolları ötüb.
Türkiyədə İsveçrə Ticarət Palatası Dərnəyinin sədri Arpat Şenocak Anadolu Agentliyinə açıqlamasında iki ölkə arasında ticarət əlaqələrinin müxtəlif sahələri əhatə etdiyini bildirib.
Sədrin sözlərinə görə, ötən il Türkiyə ilə İsveçrə arasında ikitərəfli ticarət dövriyyəsi qızıl da daxil olmaqla təxminən 17 milyard dollara çatıb. Qızıl ticarəti nəzərə alınmadıqda isə bu göstərici təxminən 5 milyard dollar təşkil edib.
Şenocak gələcək illərdə maşın və avadanlıq, elektrik texnologiyaları, kimya, dərman və tibbi texnologiyalar, eləcə də qida və sənaye məhsulları sahələrində əməkdaşlığın genişlənə biləcəyini qeyd edib.
Şenocak bildirib ki, İsveçrə şirkətlərinin Türkiyəyə marağı davam edir. Son dövrdə ölkədə yeni istehsal yatırımları, mövcud müəssisələrin genişləndirilməsi və şirkət satınalmaları müşahidə olunub.
Palata sədri Türkiyənin istehsal infrastrukturu, texniki imkanları və Avropa sənayesi ilə mövcud əlaqələrinin ölkəni xarici investorlar üçün cəlbedici etdiyini vurğulayıb.
Şenocakın fikrincə, iki ölkə arasında əməkdaşlığın gələcəkdə daha da genişlənməsi üçün iqtisadi sabitliyin və investorlar üçün etibarlı mühitin qorunması vacibdir.
Mənbə: Anadolu Agentliyi
Aytən Əhmədova