00:00:00
Yazar
Admin User
16.07.2023 16:44 315 2 dəq oxuma
Maraqlı

İndiyə qədər düzgün bildiyimiz bu sözlər səhv imiş

İndiyə qədər düzgün bildiyimiz bu sözlər səhv imiş

Qələm sahibləri yaxşı bilirlər: rusca düşüncə tərzinin ən bariz göstəricisi "который" sözünün kalkası (hərfi tərcüməsi) olan "hansı ki" sözünün dilimizə pərçimlənməsidir. Üzeyir bəy Hacıbəyli hələ 1909-cu il aprelin 1-də “Tərəqqi” qəzetində dərc olunmuş “Üsuli-təbii” adlı məqaləsində yazmışdı: “Qafqazda türk dilini mükəmməl bilənlərdən Əli bəy Hüseynzadə cənabları dəfələrlə qəti surətdə elan etmişdir ki, türk dilində "hansı ki", "hansılar ki" sözü yoxdur. Mən də deyirəm ki, bu sözü tərcümə üsulu ilə dərs verən müəllimlər rusun "который" sözünü tərcümə etmək üçün özlərindən çıxardıblar, onun istemalı (işlədilməsi – N.Ə.) dil üçün lüzumsuz bir ağırlıqdır”. Aradan 100 ildən çox keçməsinə baxmayaraq bu ağırlıq, təəssüf ki, dilimizi hələ də sıxmaqda davam edir:

Qəzetlərdən birinin eyni yazısından götürülmüş üç misala diqqət yetirək: 

1. Təbiidir ki, bu da Azərbaycanın iqtisadiyyatına böyük zərbələr vurur, bizim apardığımız siyasətə, bazar iqtisadiyyatı prinsiplərinə, xarici investisiyanın ölkəmizə cəlb olunması prinsiplərinə - hansılar ki, biz öz iqtisadiyyatımızın inkişafı üçün onları əsas götürmüşük - zərbələr vurur. 

Düzgün variant: Təbii ki, bu da Azərbaycan iqtisadiyyatına, apardığımız siyasətə, bazar iqtisadiyyatı prinsiplərinə, xarici investisiyanın ölkəmizə cəlb olunması prinsiplərinə zərbə vurur.

2. Belə olan halda ən gözəl binanı, hansı ki. orada insanlara bu xidməti göstərmək lazımdır - onu boş saxlamısan.

 Düzgün variant: İnsanlara xidmət göstərməli olan ən gözəl binanı boş saxlamısan. 

3. Sadəcə, ayrı-ayrı adamların, hansılar ki, bu işlə məşğuldur, - onların cibləri dolur.

Düzgün variant: Sadəcə, bu işlə məşğul olan ayrı-ayrı adaınların cibləri dolur.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər