İngiltərədə seçkilərdə siyasi balans dəyişir
Birləşmiş Krallıqın tərkibinə daxil olan İngiltərə, Şotlandiya və Uelsdə yerli idarəetmə orqanlarının formalaşdırılması məqsədilə keçirilən seçkilərdə vətəndaşlar mayın 7-də səsvermədə iştirak ediblər.
Londonun Kroydon, Hekni, Luisham, Nyuham, Tauer Hamlets və Uotford bələdiyyələrində sədr seçkiləri keçirilib. Heknidə Yaşıllar Partiyasının namizədi Zoe Garbett qalib gəlib.
Ölkə üzrə açıqlanan ilkin nəticələrə əsasən, Baş nazir Keir Starmerin rəhbərlik etdiyi İşçi Partiyası ciddi səs itkisi ilə üzləşib. Miqrant əleyhinə mövqeyi ilə tanınan sağçı Reform UK isə bir sıra bələdiyyələrdə üstünlük qazanıb.
BBC News
Nuray Əliyeva