00:00:00
Yazar
Admin User
23.11.2015 13:00 476 1 dəq oxuma
Siyasət

İngiltərə qərar verdi; müharibə başlayır?!

Onlar əməliyyatlar üçün Kiprdəki hava bazasını da açacaq.
İngiltərə qərar verdi; müharibə başlayır?!

Suriya müharibəsi üçün geri sayım başlayıb. İngiltərə parlamenti bunun üçün səsvermə keçirəcək. Onlar əməliyyatlar üçün Kiprdəki hava bazasını da açacaq.

İnformator xəbər verir ki, İngiltərə baş naziri Devid Kameron Fransa prezidenti Fransua Ollandla görüşdən sonra açıqlamalar verib və İŞİD-lə mübarizədə Suriyaya hava hücumu təşkil etməyə razı olduqlarını deyib.

Kameron İŞİD-lə mübarizədə ABŞ-in liderliyi ilə Suriyada təşkil edilən hava hücumlarına İngiltərənin də razı salındığını ifadə edib. O,\"“Fransa prezidenti Fransua Ollandın İŞİD-ə qarşı Suriyada təşkil edilən hava hücumlarını dəstəkləyirəm. Bu mövzuda qəti mövqeyim İngiltərənin də hava hücumlarına qoşulmasıdır\",-deyə ifadə edib. 

İncirlik hərbi bazasından sonra İngiltərə də Suriya müharibəsi üçün Kiprdəki Aktorini hava bazasını açır. Mətbuat konfransında Kameron bu qərarlarını da açıqlayıb. İngiltərə parlamentinin İŞİD-ə qarşı Suriyada həyata keçiriləcək əməliyyatları bu həftə səsə qoyulacağını deyən Kameron: \"Kiprdəki hava bazasını açmağı təklif etdik\" deyib. 

Həftə içi parlamentdə İngiltərənin İŞİD-lə mübarizəsini əks etdirən müdafiə planını açıqlayacağını qeyd edən baş nazir başda Fransa olmaqla, digər Avropa ölkələri ilə də kəşfiyyat əlaqələrinin gücləndirilməsinin vacibliyini vurğulayıb. 

Fransa prezidenti Ollanda İŞİD-ə qarşı hücumların çoxaldılacağını bildirib. Devid Kameron Antalyada təşkil edilən G20 zirvəsindən sonra İŞİD-ə qarşı keçirilən əçəliyyatlara qoşulacaqları mesajını vermişdi. 


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər