00:00:00
Yazar
Admin User
25.08.2025 13:39 68 1 dəq oxuma
Dünya

İngiltərənin Wight adasında helikopter tarlaya düşüb

İngiltərənin Wight adasında helikopter tarlaya düşüb

 


İngiltərənin cənubundakı Wight adasında helikopterin tarlaya çırpılmasından sonra hadisə yerinə çoxsaylı təcili yardım xidmətləri göndərilib. Hempshire və Wight Adası Polisindən verilən yazılı açıqlamada, polis əməkdaşlarının Şenklin yolunda baş verən qəza xəbərinin ardından yerli vaxtla 09:24-də hadisə yerinə çağırıldığı bildirilib. Açıqlamada qeyd edilib ki, helikopterdə neçə nəfərin olduğu və ya xəsarət alanların olub-olmaması hələlik bəlli deyil.


Bəyanatda o da qeyd olunub ki, polis ərazidə çoxlu sayda təcili yardım maşınının olduğunu qeyd edərək, yolu nəqliyyatın hərəkətinə bağlayıb və sakinlərdən ərazidən uzaq durmağı xahiş edib. Bölgə Hava Təcili Yardım Xidmətindən verilən açıqlamada, həmçinin həkim və tibb işçilərindən ibarət reanimasiya qrupunun təcili yardım işçiləri ilə birlikdə hadisəyə reaksiya verdiyi bildirilib. Yerli medianın məlumatına görə, Wight adasında qəzanın şahidi olan Leigh Goldsmith helikopterin kolluğa düşməzdən əvvəl spiral və fırlandığını gördüyünü deyib. Goldsmith göyərtəsində dörd nəfərin olduğuna inanıb helikopterin təhlükəsizlik yastıqlarının açıldığını irəli sürüb.


TRT Haber
Xədicə Məhərrəmli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər