İnsanlar 8 ildən sonra “ölümsüz” olacaqlar
Keçmiş Google mühəndisi insanların 8 ildən sonra “ölümsüz” olacaqlarını deyib.
İnformator.az xarici mediaya əsasən xəbər verir ki, keçmiş Google mühəndisi, futurist Rey Kurzweil insanların səkkiz il ərzində “ölümsüzlüyə” çatacağını proqnozlaşdırıb.
Kurzweil bildirib ki, nanotexnologiya və robototexnika sahəsindəki irəliləyişlər qocalmanı geri qaytaran "nanobotlara" gətirib çıxaracaq.
Kurzweil, bu minit robotlarının bədən yaşlandıqca xarab olan zədələnmiş hüceyrə və toxumaları bərpa edəcəyini ifadə edərək, insanların xərçəng kimi xəstəliklərə qarşı immunitet qazanacağını irəli sürüb.
Gələcəklə bağlı müxtəlif proqnozları ilə gündəmə gələn ABŞ mühəndisi Ray Kurzweil 1990-cı ildə dünyanın ən yaxşı şahmatçısının 2000-ci ildə kompüterə məğlub olacağını proqnozlaşdırmışdı. Onun bu pronozu 1997-ci ildə Deep Blue-nun Qari Kasparovu məğlub etməsi ilə gerçəkləşmişdi.
Google-un keçmiş mühəndisi günümüzdə texnologiyanın o qədər güclü olacağına inanır ki, o, "təklik" adlanan bu vəziyyətin insanların əbədi yaşamağına kömək edəcəyi fikrini irəli sürür. “Təklik” süni intellektin insan intellektini üstələdiyi nəzəri məqamı təsvir edən anlayış kimi ifadə edilir.
Özünü futurist kimi xarakterizə edən yazar Kurzweil texnoloji təkliyin 2045-ci ilə qədər baş verəcəyini və süni intellektin 2029-cu ilə qədər etibarlı Turing testindən keçəcəyini proqnozlaşdırdığını söyləyib. Turing testi maşının insan davranışına ekvivalent və ya ondan fərqlənməyən davranışlar nümayiş etdirmək qabiliyyətini ölçən bir testdir.
Mütəxəssis maşınların insanları artıq daha ağıllı etdiyini və onları insan beyninə bağlamanın faydalarından da bəhs edib: “Bəzilərinin qorxusunun əksinə olaraq, beynimizə kompüter yerləşdirmək bizi təkmilləşdirəcək. Daha əyləncəli olacağıq, musiqini daha yaxşı duyacağıq".
Fatima Mustafayeva
