İnternet informasiya ehtiyatlarının sahiblərinə yeni kibertəhlükəsizlik öhdəlikləri
İnternet informasiya ehtiyatlarının sahibləri üçün kibertəhlükəsizlikdə yeni öhdəliklər müəyyənləşib.
Mövzu ilə bağlı”İnformator.az”a açıqlamasında IT üzrə mütəxəsis Natiq Məmişov bildirib ki, Bu sahədə Milli Mərkəz yaradılıb:
“Burada ilk məsələ odur ki, kibertəhlükəsizlik insidenti haqqında gecikmədən məlumat verilməlidir. İkinci məsələ, oradan gələn göstərişlər yerinə yetirilməlidir. Məsələn, insidentin qarşısının alınması, nəticələrin aradan qaldırılması təmin edilməlidir. Amma indi o məqsəd nə qədər uğurlu olacaqdır, əsas sual budur. Digər bir məsələ, oradan gələn sorğuları vaxtında cavablandırmaqdır. Məsələn, tədqiqatla bağlı sorğular 24 saat ərzində, rəqəmsal tədqiqatla bağlı sorğular isə 5 gün ərzində cavablandırılmalıdır. Deməli, bir tədqiqat vəziyyətinin öyrənilməsi və proaktiv tədqiqatlara bağlı sorğular 24 saatdır. Rəqəmsal tədqiqatla bağlı sorğular isə 5 gündür.
Sonra kibertəhlükəsizlik insidentlərinin real vaxt rejimində monitorinqini və ilkin texniki cavab tədbirlərini təmin etmək üçün əldə olan məlumatları, məsələn, sizdə bir məlumat varsa, onu dərhal bölüşməsini təmin etməlidir.
Proaktiv kibertəhlükəsizliyin və rəqəmsal təhlükəsizliyin aparılması üçün şərait yaratmaq lazımdır və qanunlar əsasında müəyyən edilmiş xüsusi kibertəhlükəsizlik tələblərini də əməl etmək lazımdır.Hətta burada bir məsələ də var. “.az” domen zonasında fəaliyyət göstərən internet informasiya ehtiyatları var.Tələblər, göstərişlər yerinə yetirilmədikdə həmin domenin qeydiyyatına xitam verilə bilər, ya da texniki xidmət dayandırıla bilər. Bunun da hüquqi tənzimlənməsi var”.
Nurgün Qənizadə