İnternetdə Azərbaycan dili haqda məlumat bazası gücləndirilməlidir
Qloballaşan dünyada dövlətlər və cəmiyyətlər arasında inteqrasiya sürətlənir. Fərqli mentalitet və müxtəlif dillərdə danışan insanların anlaşması üçün bir-birilərini başa düşmələri vacib faktordur.Say etibarı ilə kiçik olan cəmiyyətlər özlərindən böyük olanlarla onların dilində danışmağa məcbur olurlar. Hazırda dünyada qarşılıqlı anlaşmalarda daha çox ingilis dilindən istifadə edilir.
Lakin dil öyrənmə qabiliyyəti zəif olan şəxslər internetin verdiyi üstünlüklərdən istifadə etməyə çalışırlar. Burada fərqli tərcümə proqramları var. Tərcüməçi Təvəkkül Zeynalov deyir ki, istənilən sözü və ya cümləni yazaraq başqa dilə çevirmək olur. Lakin ifadə və cümlələri Azərbaycan dilindən başqa dilə çevirmək istəyəndə bir sıra problemlər yaranır. Ya söz səhv tərcümə edilir, ya da cümlə mənasız söz yığınına çevrilir. Belə hallarla qarşılaşan şəxslər çox olur: “Bunun ən əsas səbəbi internetdə Azərbaycan dili haqqında məlumat bazasının çox kasad olmasıdır. Buna görə də sistem verilən cümləni oldğu kimi tərcümə edə bilmir. Nəticədə cümlə heç bir məna ifadə etmir”.
Tərcüməçi Təvəkkül Zeynalı hesab edir ki, tərcümə proqramları insanlar qədər effektiv ola bilməz. Düzgün tərcümə üçün sistemin cümləni hiss etməsi lazımdır. Bu isə mümükün deyil. Bəzi sahələr var ki, orada belə proqramlar insanları əvəz edə bilər.
İnformasiya Texnologiyaları Mütəxəssisi Tariyel Ağazadənin sözlərinə görə, bzim dil haqqında süni zəkaya verilən məlumatlar az olduğundan o özü internetdən bu dilə uyğun mənbələr axtarır. İnformasiya texnologiyaları mütəxəssisinin sözlərinə görə, yaxın gələcəkdə onlayn tərcümə sahəsində irəliləyişlər olacaq. Artıq bu istiqamətdə bir sıra işlər də görülməkdədir.
Qasım
