00:00:00
Yazar
Admin User
22.12.2025 17:47 69 2 dəq oxuma
Sosial

İnternetdə saxta vədlərə qarşı xəbərdarlıq

İnternetdə saxta vədlərə qarşı xəbərdarlıq

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə gizli izləmə və şəxsi hesablarə giriş imkanı vəd edən paylaşımlarla bağlı vətəndaşlara xəbərdarlıq edib. Nazirlikdən bildirilib ki, internet məkanında yayılan bu tip elan və reklamlar əksər hallarda saxta xarakter daşıyır və dələduzluq məqsədi güdür.

 

Qeyd olunub ki, ödəniş qarşılığında müxtəlif “xidmətlər” təklif edən bu səhifələrin əsas məqsədi istifadəçilərin şəxsi məlumatlarını, o cümlədən bank kartı məlumatlarını ələ keçirmək və maddi zərər yetirməkdir. Bu cür paylaşımlar xüsusilə sosial şəbəkə istifadəçiləri üçün ciddi təhlükə yaradır.

 

Mövzu ilə bağlı IT mütəxəssizi Eyvaz Kərimov “İnformator.az”a açıqlamasında bildirib ki, kənar şəxslərin “bir düymə ilə” gizli izləmə aparması və ya istənilən hesabı ələ keçirməsi mümkün deyil:

 

“Bu tip elan və paylaşımların böyük əksəriyyəti texniki baxımdan real deyil və dələduzluq məqsədi daşıyır. Sosial şəbəkələrin – istər Facebook, Instagram, WhatsApp, istərsə də digər platformaların – təhlükəsizlik sistemləri olduqca mürəkkəbdir və kənar şəxslərin “bir düymə ilə” gizli izləmə aparması və ya istənilən hesabı ələ keçirməsi mümkün deyil. Bu cür iddialar əsasən istifadəçilərin maraq və emosiyalarından sui-istifadə etməyə yönəlib.

 

Dələduzlar əsasən “fişinq” adlanan üsullardan istifadə edirlər. İstifadəçiyə saxta sayt linkləri göndərilir, sosial şəbəkənin rəsmi səhifəsinə bənzər interfeys yaradılır və giriş məlumatları tələb olunur. Digər hallarda isə “xidmət haqqı” adı ilə bank kartı məlumatları istənilir. Bəzi hallarda istifadəçilərin telefonuna və ya kompüterinə zərərli proqram yüklədirilərək mesajlar, təsdiq kodları və şəxsi məlumatlar ələ keçirilir”.

 

Eyvaz Kərimov bu kimi hallardan qorunma yollarınıda açıqlayıb:

 

“İlk növbədə vətəndaşlar bilməlidirlər ki, heç bir qanuni və real xidmət başqasının sosial şəbəkə hesabına gizli giriş və ya izləmə təklif edə bilməz. Şübhəli linklərə daxil olmamaq, tanımadıqları şəxslərə və səhifələrə şəxsi məlumatları ötürməmək vacibdir. Sosial şəbəkə hesablarında iki mərhələli təsdiqin aktiv edilməsi, güclü və fərqli parollardan istifadə edilməsi, bank kartı məlumatlarının onlayn platformalarda paylaşılmaması əsas təhlükəsizlik tədbirlərindəndir. Şübhəli hallarla qarşılaşdıqda isə dərhal hüquq-mühafizə orqanlarına müraciət olunmalıdır”.

 

Aydan Əsgərxanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər