00:00:00
Yazar
Admin User
11.11.2025 17:15 256 2 dəq oxuma
Sosial

İqlim dəyişikliyi və enerji təhlükəsizliyi

İqlim dəyişikliyi və enerji təhlükəsizliyi

Dünya hazırda iki böyük və bir-birinə sıx bağlı çağırışla qarşı-qarşıyadır: bir tərəfdən İqlim Dəyişikliyi, digər tərəfdən isə Enerji Təhlükəsizliyi.

 

Mövzu ilə bağlı deputat Azər Badamov “İnformator.az”a bildirib ki, Azərbaycan qazma enerji istehsal edən ölkə olmasına baxmayaraq yaşıl enerjinin inkişaf etdirilməsi gündəliyini uğurla icra edən çox az ölkələrdəndir:

 

“Biz qazma enerji hesabına əldə olunan gəlirlərin bir hissəsini yaşıl gündəliyimizin inkişaf etdirlməsinə istiqamətləndiririk. Belə ki, işğaldan azad olunmuş ərazilər yaşıl zona elan olunmuş və son ilərdə bu ərazilərdə 30-dan çox kiçik həcmli su elektrik stansiyaların fəaliyyəti bərpa olunmuş, günəş və külək elektrik stansiyaların tikilməsi ilə bağlı işlər aparılır. Ümumiyyətlə götürüləndə Masdar və Aqva Pover şirkətlərin investisyaları hesabında ölkəmizin müxtəlif yerlərində külək və günəş stansiyaların tikilməsi istiqamətində işlər sürətlə aparılır. Belə ki, hədəfimiz 2030 -cu ilə qədər ölkədə istehsal olunan enerjinin 35% yaşıl enerjinin üzərinə keçirməkdir. Azərbaycan ev sahibliyi etdiyi COP 29 konfransında da yaşıl gündəliyin inkişaf etdirilməsi və iqlim dəyişikliklərə qarşı mübarizədə qlobal təşəbbüsləri irəli sürməklə yeniliklər etdi. Azərbaycan Milli Məclisi də iqlim dəyişiklikləri ilə bağlı irəli sürülən səylərə qoşularaq töhfələr verir. Bu baxımdan COP 29 konfransı çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkilatçılığı ilə Parlament Görüşü keçirildi. 66 ölkədən və beynəlxalq təşkilatlardan 92 nümayəndə heyətinin, 330-dək iştirakçının qatıldığı tədbirdə 12 spiker və vitse-spiker başda olmaqla 167 parlament üzvü iştirak etdi. Milli Məclis qlobal iqlim dəyişikliklərə qarşı mübarizənin effektivliyinin artırılması üçün parlamentlər səviyyəsində səylərini davam etdirir. Milli Məclisin sədrinin Braziliyada keçirlən COP 30 təbirlərinə qatılması ölkəmizn iqlim dəyişikliklərə qarşı mübarizədə parlament səviyyəsində səylərimizi təsdiq edir.
Ölkəmizin qanunvericliyində qnunlarda iqlim dəyişikliklərlə bağlı dəyişikliklər edilmiş, yaşıl günədliyinin inkişaf etdirilməsini stimullaşdıran addımlar atılmışdır. Ölkəmizdə yaşıl günədliyin inkişaf etdirilməsinə dövlət dəstəyi mövcuddur. Bu da ölkəmizin bu istiqamətdə niyyətimizi bir daha təsdiq edir. Qlobal əməkdaşlıqın inkişaf etdirlmıəsində parlamentlərarası dialoqun rolu çox böyükdür. Parlamentlərarası dialoqun davam etdirlməsi ölkələrin diqqətini qlobal problemlərin həllinə cəlb etmək baxımından vacibdir. Parlamentarilər müxtəlif platformalarda ekoloji diplomatiya və regional sabitlik mövzuları müzakirə edir və ümumi qərarların qəbul olunmasında həmrəyliyin yaranmasına töhfə verir”.

 

Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər