00:00:00
Yazar
Admin User
27.11.2025 14:24 98 3 dəq oxuma
Sosial

İqlim dəyişikliyinin ilk fəsadları harda hiss olunacaq?

İqlim dəyişikliyinin ilk fəsadları harda hiss olunacaq?

İqlim dəyişikliyi Azərbaycanda da öz təsirini göstərməyə başlayıb. Hava şəraitindəki kəskin dəyişikliklər bunun ilk siqnallarıdır.

 

 

Mövzuya "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli aydınlıq gətirib. O bildirib ki, beynəlxalq təcrübədə qlobal iqlim dəyişikliyinə qarşı mitiqasiya və adaptasiya tədbirləri görülür:

 

 

"Qlobal iqlim dəyişikliyinin fəsadları hər gün özünü göstərir. Şimal buzlaqları əriyir, su mənbələri quruyur, münbit torpaqlar səhralaşır. Təbii fəlakətlər artır. Bütün bunlar qlobal istiləşmənin nəticəsidir. Ekspertlərin hesablamasına görə, son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. Son 150 ildə dünyada temperatur 1 dərəcə yüksəlib. İstiləşmə bu tempdə davam etsə, 2050-ci ilə qədər hərarət 2-2,5 dərəcə, 2100-cü ilə qədər isə 6 dərəcəyə qədər yüksələcək. Bəziləri bu rəqmlərə inanmır, iqlim dezinformasiyası yayır, iqlim dəyişikliklərinin fəsadlarını önləmək üçün görülən tədbirlərə kölgə salırlar. Lakin məsələ gerçəkdək ciddidir və söhbət Yer kürəsində dayanıqlı yaşamın davamından gedir. Azərbaycanda qlobal iqlim dəyişikliyinin fəsadları daha çox özünü kənd təssərrüfatında göstərəcək. Yağıntının normadan az düşməsi, çaylarda suyun azalması, göl və gölməçələrin quruması ənənəvi təsərrüfat sahələrinə, yəni heyvandarlıq, meyvəçilik, baramaçılıq, tütünçülük, balıqçılığa birbaşa təsir edəcək. Kür-Araz arası bölgələr, sahilboyu rayonlar, Xəzər sahili ərazilər qlobal iqlim dəyişikliyinin fəsadlarından əziyyət çəkəcək. Məsələn, Xəzərin çəkilməsi balıqçılığın, gəmi nəqliyyatı infrastrukturunun ziyan görməsinə səbəb olacaq. Xəzərin quruması da birbaşa qlobal iqlim dəyişikliyi ilə bağlıdır. Beynəlxalq təcrübədə qlobal iqlim dəyişikliyinə qarşı mitiqasiya və adaptasiya tədbirləri görülür. Mitiqasiya deyəndə iqlim fəsadlarının nəticələrinin yumşaldılması nəzrədə tutulur. “Yumşaldılma” deyəndə ilk ağla gələn nəqliyyatda, sənayedə yaşıl texnologiyaların tətbiqi, bərpa olunan enerjiyə keçid və digər tədbirlərdir. Adaptasiya isə artıq vəziyyətə uyğunlaşmadır. Məsələn, ənənəvi suvarma sistemlərindən (selləmə və s) imtina, yeni və daha qənaətcil texnologiyaların tətbiqi, susuzluğa davamlı növlərin becərilməsi və artırılması və s aiddir. İri şəhərlərdə ənənəvi yanacaqla çalışan nəqliyyat vasitələrinin sayının azaldılması, elektiklə işləyən avtomobillərin sayının çoxaldılması, velosiped və skuter cığırlarının yaradılması, metro stansiyalarının, elektrik qatarlarının artırılması da qlobal iqlim fəsadları ilə mübarizənin bir parçası sayıla bilər. Qlobal iqlim dəyişikliyinin fəsadları əkinçilik, gəmi nəqliyyatı, heyvandarlıq, bitkiçilik, arıçılıq və aqrar sektoru əksər sahələrini əhatə edəcək".

 

 

Müsahib bildirib ki, uyğunlaşma tədbirlərini sürətləndirmək lazımdır. Təcili şəkildə suya qənaət edilməlidir: 

 

 

 

"Bolluq dövrü bitib, artıq hər damlanın qədrini bilməliyik. Planetimizin ağciyərləri sayılan meşə sahələri qorunmalı və genişləndirilməlidir. Daha səmərəli və efffektli su idarəetməsinə keçid edilməlidir. Fermerlər arasında su idarəetməsi ilə bağlı maarifləndirmə işləri aparılmalıdır. Çünki qlobal iqlim fəsadları daha çox onlara təsir göstərək. Yaxın gələcəkdə kənd təsərrüfatı ilə məşğul olan insanların şəhərə axını gözlənilir. Qarşıdakı 20 ildə urbanizasiyanın yeni və daha böyük dalğasına hazır olunmalıdır. 2015-ci ildə Parisdə keçirilən iqlim konfransında dövlətlər öz qarşısına atmosferdə karbon emissiyasının azaldılması öhdəliyini götürüblər. Azərbaycan 2025-ci ilə qədər karbon emissiyasını 40 faizə qədər azaltmalı idi. Ölkəmizdə hava kirliliyi daha çox iri şəhərlərdə: Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevirdə qeydə alınır. Bu daha çox sənayə müəsissələrinin bu şəhərlərdə cəmləşməsi və daxili yanma mühərrikləri ilə işləyən avtomobillərin sayının çoxluğu ilə bağlıdır. Son illər Azərbaycan bərpa olunan enerjiyə keçid, yaşıl nəqliyyatın yaradılması istiqamətində əhəmiyyətli addımlar atıb. Günəş və külək enerjisinin potensialı öyrənilir, yaşıl enerji sektoru yaradılır. Qaradağda Cənubi Qafqazın ən böyük günəş enerjisi stansiyası artıq fəaliyyətə başlayıb. Şimal bölgələrində və Xəzərdə külək enerjisinin istismarı istiqamətində işlər görülür. Ölkəmizin 3 böyük regionu, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan “yaşıl enerji zonası” elan edilib. Ölkəmiz qlobal iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması üzrə götürdüyü öhdəliklərə sadiqdir və mitiqasiya istiqamətində məqsədyönlü fəaliyyət planı icra edir".

 

 

Səmayə Səftərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər