00:00:00
Yazar
Nərmin Həşimova
13.07.2026 13:44 26 2 dəq oxuma
Siyasət

“İran-ABŞ atəşkəsi müvəqqəti idi, müharibə qaçılmazdır”- ŞƏRH

“İran-ABŞ atəşkəsi müvəqqəti idi, müharibə qaçılmazdır”- ŞƏRH

ABŞ-nin BMT-dəki nümayəndəsi Mayk Uolts Vaşinqton və Tehran arasında son qarşılıqlı hücumlardan sonra İranla əldə olunan atəşkəsin faktiki olaraq pozulduğunu bildirib.


Mövzu ilə bağlı ”İnformator.az”a açıqlamasında politoloq Tural İrfan bildirib ki, İranla ABŞ arasında kövrək atəşkəsin pozulacağı əvvəlcədən məlum idi:


“Çünki tərəflər sadəcə vasitəçilərin təkidi və təsiri ilə eyni zamanda, ölkələri daxilindəki etirazlara rəğmən müvəqqəti əl saxlamışdılar. Mahiyyəti etibarı ilə isə sülh yaxud atəşkəs mühiti yetişməyib. Tərəflər hələ də hərəsi özünü qalib hesab edir. Belə olduğu halda geri çəkilmə, kompromis yoxdursa atəşkəs də müvəqqəti xarakterli olmalı idi. Ümumiyyətlə, İran ABŞ-nin şərtlərini və tələblərini rədd edir və müharibə istəyir. ABŞ isə müharibəsiz İranı yola gətirməyi düşünür. Bunun üçün də onun təsirli mexanizmi yoxdur. Sadəcə müəyyən vaxtlarda İranın bəzi infrastrukturuna raket zərbələri endirir. İran da dərhal cavab verərək ABŞ-nin Körfəz ölkələrindəki hərbi bazalarını vurur. Hörmüz boğazı ətrafında da vəziyyət dəyişir. Hər iki tərəf davamlı olaraq qarşılıqlı hücumlar edir. Faktiki olaraq atəşkəs pozulub və qızğın müharibə hər an başlaya bilər. Diplomatik danışıqlar indiki vəziyyətdə əhəmiyyətli deyil. Elə əvvəlcədən də mənasız idi, məhz ona görə də atəşkəs çox da uzun çəkmədi. İndən belə danışıqlar olsa da, formal xarakter daşıyacaq. İran tərəfi konkret qisas vədi verdi və hətta bir sıra Qərb ölkə rəhbərlərinin fiziki cəhətdən məhvi üçün müxtəlif mətbu orqanlarda məlumat yaydı. Görünür ki, İranın təzə lideri də əvvəlki xətti davam etdirir. Belə olduğu halda müharibə qaçılmaz olacaq. Yaxın Şərqdə də vəziyyət gərginləşə bilər. Çünki İsrailin Livanı yeni hədəf seçməsi aydın görünür. Yaxın Şərqdə vəziyyətin gedişatı İranla ABŞ arasındakı münasibətlərə bağlıdır. Əgər yeni müharibə ehtimalı artarsa, qüvvələr balansı dəyişə bilər”.


Nurgün Qənizadə

#ABŞ #İran #münasibətlər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər