00:00:00
Yazar
Admin User
05.02.2026 10:33 65 2 dəq oxuma
Siyasət

İran-ABŞ Danışıqları

İran-ABŞ Danışıqları

Fevralın 6-da keçirilməsi planlaşdırılan İran-ABŞ danışıqları ətrafında diqqətçəkən diplomatik manevrlər müşahidə olunur. İran tərəfi görüşün İstanbuldan Omana köçürülməsini və danışıqların çoxtərəfli formatdan çıxarılaraq yalnız ikitərəfli aparılmasını təklif edir. Bu addım regiondakı siyasi balans, vasitəçi ölkələrin rolu və tərəflərin strateji maraqları baxımından bir sıra suallar doğurur.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı, siyasətçi Vüqar Bayramov bildirib ki, həm Rusiya-Ukrayna, həm də digər bir sıra konfliktlər göstərir ki, İstanbul və bütövlükdə Türkiyə müzakirələr üçün kifayət qədər uyğun və strateji yerdir:

 

“Amma bütün bunlara baxmayaraq, müzakirələrin İstanbulda Omana keçirilməsi ilə bağlı təklif Tehrandan gəlib. Tehran bunun səbəblərini açıqlamasa belə, bütün hallarda bu, o anlama gəlməməlidir ki, İstanbul danışıqlar üçün məqbul yer deyil. İstanbul hər zaman danışıqlar üçün məqbul və geosiyasi baxımdan əhəmiyyətli bir yerdir. Əslində, Türkiyənin, o cümlədən Azərbaycanın da marağı regionda sülhün və əməkdaşlığın güclənməsidir. İkitərəfli format tərəflərin müzakirəsi və xüsusən də bu gün kifayət qədər geosiyasi gərginliyə səbəb olan məsələləri üz-üzə danışması baxımından uyğun bir formatdır. İstər ikitərəfli, istərsə də, çoxtərəfli formatda nəticələr önəmlidir. Ona görə də, bu görüşdə nəticənin necə olması birmənalı şəkildə regiondakı vəziyyəti, eləcə də ABŞ, İran-İsrail münasibətlərinə birbaşa təsir göstərəcək. Təbii ki, Azərbaycan regionda sülhün möhkəmlənməsində və bütövlükdə konfliktsiz regionda maraqlıdır. Amma bu istiqamətdə Azərbaycan hər zaman səylərini davam etdirir. Bütün hallarda görüşün regionla bağlı hansı addımların atılacağını müəyyənləşdirəcək”.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər