00:00:00
Yazar
Aysel Mirzəyeva
30.04.2026 20:29 19 2 dəq oxuma
Siyasət

İran ABŞ gərginliyində prioritetini təhlükəsizlik üzərində qururmu?

İran ABŞ gərginliyində prioritetini təhlükəsizlik üzərində qururmu?

Səid Xətibzadə bildirib ki, ABŞ ilə gərginlik hələ də davam edir və bu münaqişə tam başa çatmayıb. Onun sözlərinə görə, İran mövcud şəraitdə müdafiə mövqeyini qoruyaraq təhlükəsizlik prioritetlərini ön planda saxlayır.

 

Mövzu ilə bağlı politoloq Ramiyə Məmmədova “İnformator.az”a açıqlamasında qeyd edib ki, İran-ABŞ münasibətlərində gərginliyin davam etməsi təkcə iki ölkə arasındakı ziddiyyətlərlə bağlı deyil, həm də regionda gedən daha geniş geosiyasi proseslərin nəticəsidir:

 

“İranla ABŞ arasında mövcud münaqişənin bitməməsinin əsas səbəblərindən biri bu qarşıdurmanın yalnız iki dövlət arasında məhdudlaşmamasıdır. Burada üçüncü tərəf kimi İsrail faktoru da mühüm rol oynayır və bu, danışıqlar prosesini daha mürəkkəb edir. İran öz təhlükəsizliyinə yönələn risklərin aradan qaldırılmasını prioritet hesab edir və bu baxımdan həm ABŞ-dən, həm də regiondakı digər aktorlardan gələn təzyiqlərə qarşı mövqeyini qorumağa çalışır. Xüsusilə nüvə proqramı, daxili işlərə müdaxilə məsələləri və regional təsir uğrunda mübarizə bu qarşıdurmanın əsas istiqamətlərini təşkil edir. Digər mühüm məsələ isə Hörmüz boğazı ətrafında gedən proseslərdir. Bu strateji marşrut təkcə İran üçün deyil, qlobal enerji təhlükəsizliyi üçün də həyati əhəmiyyət daşıyır. İran bu bölgədə öz təsir imkanlarını qorumağa çalışır və burada hər hansı nəzarət mexanizmlərinin dəyişməsi ilə bağlı təkliflərə ehtiyatla yanaşır. ABŞ-nin bölgədə mövcudluğunu artırmaq cəhdləri isə İran tərəfindən təhlükə kimi qiymətləndirilir. Eyni zamanda, danışıqlar prosesində dəfələrlə fasilələrin yaranması, tərəflərin ortaq mövqeyə gələ bilməməsi göstərir ki, münaqişənin yaxın zamanda həlli real görünmür. İran ilk növbədə öz təhlükəsizliyini təmin etməyə çalışır və bu təmin olunmadan digər məsələlər üzrə güzəştə getmək niyyətində deyil. Bu isə regionda gərginliyin davam etməsinə, həm siyasi, həm də iqtisadi risklərin artmasına səbəb olur. Xüsusilə enerji bazarlarında qeyri-sabitlik və qiymət artımı kimi təsirlər qaçılmazdır”.

 

Ayşə Müzəfərli

#i̇ran #üzərində #qururmu? #xəbər #təhlükəsizlik
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər