00:00:00
Yazar
Nərmin Həşimova
04.05.2026 20:43 24 2 dəq oxuma
Siyasət

İran ABŞ-yə yeni təkliflərini təqdim edib- ŞƏRH

İran ABŞ-yə yeni təkliflərini təqdim edib- ŞƏRH

İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi ölkəsinin Pakistan vasitəsilə ABŞ-yə təqdim etdiyi diplomatik təkliflə bağlı açıqlamasında deyib:

“İran təklifini Pakistana vasitəçi kimi təqdim edib. İndi top ABŞ-nin meydanındadır və o, münaqişəni davam etdirməyi, yoxsa diplomatiya yolunu seçməyi qərar verməlidir”,-deyə Qəribabadi qeyd edib.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Züriyə Qarayeva bildirib ki, İranın Pakistan vasitəsilə ABŞ-yə yeni diplomatik təklif təqdim etməsi regionda gərginliyin azaldılması üçün müəyyən imkan pəncərəsi yaradır, lakin bu, avtomatik şəkildə deskalasiya demək deyil:

 

“Burada əsas məsələ Vaşinqtonun bu təklifi necə dəyərləndirəcəyidir. Əgər ABŞ bunu taktiki manevr kimi qəbul edib təzyiq alətlərini, xüsusilə də hərbi və iqtisadi bıçaqları davam etdirmək qərarı versə, o zaman gərginlik daha da dərinləşə bilər. Amma əksinə, tərəflər bu kanalı ilkin etimad quruculuğu mexanizmi kimi istifadə edərsə, mərhələli şəkildə atəşkəs və daha geniş danışıqlar prosesinə keçid mümkün görünür. Yəni bu addım daha çox potensial yaradır, nəticə isə tərəflərin siyasi iradəsindən asılıdır. Pakistanın vasitəçi rolu isə spesifik kontekstdə diqqətəlayiqdir. Pakistan həm İranla, həm də ABŞ ilə kommunikasiya kanallarını qoruyan azsaylı aktorlardandır və xüsusilə İslam dünyasında legitimliyi Tehrana mesaj ötürmək baxımından üstünlük yaradır. Bununla belə, Pakistanın qlobal diplomatik çəkisi və ABŞ üzərində təsir imkanları məhduddur, bu da onun vasitəçiliyini daha çox “ötürücü kanal” səviyyəsində saxlayır, nəinki qərarverici təsir gücünə malik mediator kimi. Ona görə də Pakistan bu prosesdə ilkin təmasların qurulmasında effektiv ola bilər, lakin yekun razılaşmanın əldə olunması üçün daha geniş formatlı və daha güclü beynəlxalq aktorların iştirakı qaçılmaz görünür”.


Nurgün Qənizadə

#ABŞ #İran #Pakistan #vasitəçilik
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər