00:00:00
Yazar
Aysel Mirzəyeva
02.03.2026 20:58 34 2 dəq oxuma
Siyasət

"İran birmənalı şəkildə nüvə proqramından imtina etmək məcburiyyətində qalacaq " - ŞƏRH

"İran birmənalı şəkildə nüvə proqramından imtina etmək məcburiyyətində qalacaq " - ŞƏRH

Almaniya kansleri Fridrix Merts qarşıdakı Vaşinqton səfəri zamanı Yaxın Şərqdə, xüsusilə İran ətrafında yaranmış vəziyyəti Donald Trump ilə müzakirə edəcəyini bildirib.

 

Mövzu ilə bağlı Azər Həsrət“İnformator.az”a açıqlamasında bildirib ki, Avropanın digər ölkələrində olduğu kimi, Almaniyada da böyük bir İran əsilli diaspora yaşayır:

 

“Diaspora üzvləri, yəni iranlı mühacirlər var. Əlbəttə ki, belə çoxsaylı mühacirlərin olduğu bir ölkədə İranın taleyinə biganə yanaşmaq olmaz. Ona görə də, Almaniya kansleri bu məsələnin müzakirəsini vacib sayır. Ümumiyyətlə isə İranda baş verən proseslər sadəcə olaraq bizim bölgəmiz üçün deyil, bütün dünya üçün əhəmiyyət kəsb edir, yəni bu İran məsələsi bölgəsəl, regional deyil, qlobal məsələdir. Ona görə də, Almaniya kimi bir dövlətin bu məsələyə diqqət ayırması vacibdir. Almaniya yaxasını kənara çəkib “mənə aidiyyəti yoxdur”, deyə biləcək durumda deyil. Hələ. dünyanın ən böyük iqtisadiyyatına sahib ölkələrdən biri kimi, Avropa Birliyinin qurucularından biri kimi. Almaniyanın mövqeyi, yaxud da Trampla aparacağı danışıqlar əlbəttə ki, Avropa Birliyinin vahid mövqeyinə təsir göstərə bilər. Göstərəcək də, çünki istər-istəməz bu prosesin önündə Amerika Birləşmiş Ştatları gedir. Amerika Birləşmiş Ştatlarını dayandıra biləcək, yolundan çəkindirə biləcək bir güc də yoxdur. Avropa Birliyi də təbiidir ki, bu məsələdə Amerika Birləşmiş Ştatları ilə hesablaşmaq məcburiyyətindədir. Ona görə də, düşünürəm ki, Mertsin Trampla aparacağı danışıqlar nəticə etibarilə Avropa Birliyinin məsələyə baxışının daha optimallaşdırılması üçün əlavə imkan ola bilər”.

 

Həmçinin şərhçi qeyd edib ki, ABŞ-Almaniya mövqeyi İranın ümumiyyətlə artıq bitmiş sayıla biləcək nüvə proqramının tam da gömülməsinə gətirib çıxaracaq:


“İrandan istənilən nə idi, nüvənin işlənilməsindən imtina etmək. İran isə bundan dinc məqsədlər üçün istifadə etməkdə israrlı olduğunu deyirdi. İndi başına ötən ilin yayında gələnləri də nəzərə alaq. İndi də başına gəlməkdə olanları nəzərə alaq. Mən düşünürəm ki, bundan sonra İranı kim idarə edəcəksə, artıq növbəti dəfə həmin riski etməyəcək, yəni İran birmənalı şəkildə nüvə proqramından imtina etmək məcburiyyətində qalacaq. Düşünürəm ki, Trampla Mertsin görüşündə də ortaq mövqedən çıxış ediləcək və İrana çağırış ediləcək ki, artıq daşı ətəyindən tökməlisən”.


Aytac İbrahimova

#birmənalı #azərbaycan #şəkildə #yeni #"i̇ran
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər