00:00:00
Yazar
Admin User
05.02.2026 17:54 53 1 dəq oxuma
Siyasət

"İran daha çox sülh ritorikasına üstünlük verməlidir"

"İran daha çox sülh ritorikasına üstünlük verməlidir"

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi bildirib ki, ölkə düşmənlərin istənilən hərəkətinə hazırdır. Onun sözlərinə görə, 12 günlük müharibədən sonra İran hərbi doktrinasını müdafiədən hücuma dəyişib və düşmənlərə sarsıdıcı cavab verməyi nəzərdə tutan yeni müharibə siyasəti qəbul edib. 

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında deputat Fazil Mustafa deyib ki, ballistik raket arsenalının güclənməsi müəyyən təhlükələr yarada bilər:

 

“İndiki silahlanmanın və hərbi potensialın fərqlərini nəzərə alanda bunun yetərli olacağını düşünmürəm. Ona görə də, İran daha çox rotorikadan çox sülh ritorikasına üstünlük verməlidir ki, bölgənin taleyi riskə atılmasın. Hər halda, İran ərazisində baş verə biləcək müdaxilənin qarşısının alınması vacibdir. Biz ancaq bölgədə müəyyən dinc proseslərin inkişafını arzu edirik. Belə açıqlamalar adətən ritorik xarakter daşıyır və ciddi hərbi əməliyyatla nəticələnməyə bilər. Bu açıqlamaların arxasında ciddi bir potensialın olmadığı görünür. Cəmiyyətdə sabitlik yoxdur və ilkin olaraq islahatların həyata keçirilməsi, mühitin sağlamlaşdırılması vacibdir. ABŞ və İsrailin müəyyən hədəflərindən əl çəkməyəcəyi isə böyük risk yarada bilər”.

 

Deputat, həmçinin vurğulayıb ki, İranın ritorikasının yerinə, islahat ritorikasının gündəmə gətirilməsi həm bölgəyə, həm də İrana faydalı olar.

 

Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər