İran müharibəni bitirməyə hazırdır, lakin zəmanət tələb edir
ABŞ-nin Müdafiə Naziri Pete Hegseth bildirib ki, İran müharibəsinin qarşıdakı günləri “həlledici” olacaq və münaqişədə ABŞ quru qoşunlarının rol oynaya biləcəyini istisna etməyib.
İran Prezidenti Məsud Pezeşkiyan çərşənbə axşamı bildirib ki, ölkəsi İsrail və ABŞ ilə davam edən müharibəni bitirmək üçün “zəruri iradəyə” malikdir, lakin münaqişənin təkrar olunmaması üçün zəmanətlər tələb edir.
“Bu münaqişəni bitirmək üçün zəruri iradəyə sahibik, bir şərtlə ki, əsas şərtlər yerinə yetirilsin, xüsusilə də təcavüzün təkrar olunmasının qarşısını almaq üçün tələb olunan zəmanətlər”,- Pezeşkiyan Avropa Şurasının prezidenti ilə telefon danışığında deyib. Bu barədə onun ofisinin bəyanatında bildirilir və Tehranın əsas tələblərindən biri bir daha vurğulanıb.
António Costa isə söhbətdən sonra sosial şəbəkədə paylaşım edərək bildirib ki, “Yaxın Şərqdə mövcud vəziyyət son dərəcə təhlükəlidir” və İranı gərginliyi azaltmağa çağırıb.
“Vəziyyəti gərginlikdən çıxarmaq üçün İranı region ölkələrinə qarşı qəbuledilməz hücumları dayandırmağa və diplomatik xətt üzrə, xüsusilə Hörmüz boğazında naviqasiya azadlığını təmin etmək üçün BMT ilə konstruktiv şəkildə əməkdaşlıq etməyə çağırdım”, - o, X platformasında yazıb.
Euronews
Zəri Bayramlı