İran nüvə sazişi ilə bağlı əhəmiyyətli addım atdı
İran Atom enerjisi qurumu nüvə reaktorunun sökülərək sementlə doldurulmasına başladığını açıqlayıb
İran Atom enerjisi qurumu nüvə reaktorunun sökülərək sementlə doldurulmasına başladığını açıqlayıb.
İnformator xəbər verir ki, məsələ ilə bağlı ətraflı məlumat verilməsə də Fars xəbər agentliyinə açıqlama verən rəsmi reaktorda işlərin başa çatdığını və polad tankların betonla doldurulduğunu ifadə edib.
İran və BMT Təhlükəsizlik Şurasının daimi üzvləri Rusiya, ABŞ, Çin, Fransa və İngiltərə ilə Almaniyadan ibarət P5+1 ölkələri arasında keçən il 14 iyulda Vyanada nüvə razılaşması əldə olunmuşdu. Razılaşmadakı vacib şərtlərdən biri də “Əraq reaktorunun modernizasiyası” idi.
Sazişdə İranın Əraq Ağır su reaktorunu yüngül su reaktoruna çevirmək və tibbi araşdırmalar etmək üçün yenidən layihələndirilməsi irəli sürülmüşdü.
