00:00:00
Yazar
Aysel Mirzəyeva
20.04.2026 18:26 31 1 dəq oxuma
Siyasət

"İran nüvə məsələsində razılaşmasa, müharibə qaçılmazdır" - POLİTOLOQDAN ŞƏRH

"İran nüvə məsələsində razılaşmasa, müharibə qaçılmazdır" - POLİTOLOQDAN ŞƏRH

ABŞ ilə İran arasında uzun müddətdir davam edən gərgin münasibətlər fonunda diplomatik təmasların yenidən gündəmə gəlməsi beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Xüsusilə regional təhlükəsizlik və nüvə proqramı ilə bağlı fikir ayrılıqları tərəflər arasında dialoqun əhəmiyyətini daha da artırır.

 

Bu barədə “İnformator.az”a danışan politoloq Məhəmməd Əsədullazadə bildirib ki, ABŞ və İran arasında İslamabadda keçirilən birinci raund nəticəsiz olsa da, tərəflər danışıqları aparmaq üçün diplomatik kanalları açıq saxlayıb: 

 

“Pakistanın Müdafiə naziri ötən gün Tehranda olub. Hazırda atəşkəsin uzadılması istiqamətində razılıq əldə edilib. İran Hörmüzün Oman sahilində gəmilərin keçidinə icazə verib. Bu irəliləyişdir və görünür ki, Pakistan İrana konkret nəticəli danışıqlara getməyə sövq edir. Burada Çin faktoru önəmlidir. ABŞ Hörmüzdə blokada tətbiq etdikdən sonra İran danışıqlara razı oldu. Çinlə ABŞ razılaşma əldə edib. İran nüvə məsələsi ilə bağlı razılıq verməsə, düşünürəm ki, müharibə qaçılmaz olacaq. Bu da regionda yeni müharibə deməkdir. Hətta İran Bəhreyni işğal etməyə çalışa bilər. Hesab edirəm ki, uğursuz olma ehtimalı azdır. Müəyyən bir razılaşma əldə edilə bilər”.


Mehriban Yariyeva

#xəbər #İran #ABŞ #siyasət
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər