00:00:00
Yazar
Elmira Ağayeva
25.05.2026 19:35 24 1 dəq oxuma
Siyasət

İran sonda Hörmüz boğazını açmağa məcbur olacaq”-ŞƏRH

“İran sonda Hörmüz boğazını açmağa məcbur olacaq”-ŞƏRH

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri son 24 saat ərzində Hörmüz boğazından 33 gəminin keçidinə icazə verildiyini açıqlayıb.
Bu barədə SEPAH-ın ictimaiyyətlə əlaqələr xidməti məlumat yayıb.

 

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, Hörmüz boğazının qapadılması onsuzda baş verib:

 


“Müharibə başlayandan bəri Hörmüz boğazından sərbəst keçidlər demək olar ki, dayanıb. Düzdür, tam dayanmayıb. Müəyyən tankerlər keçə bilir. Bu dünyada enerji böhranına səbəb olub, neftin və qazın qiyməti çox yüksək hədlərə çatdı. Neftin qiyməti 120 dolları keçdi. Qazın bir 1000 kubmetrinin həcmi 800-900 dollara qədər bahalaşdı. Düzdür, indi enmələr var. Neft 98-100 dollar civarındadır. Təbii qazda 405 dollar civarına düşüb. Yəni Hörmüz boğazının yarıqapalı və yaxud da böyük ölçüdə qapalı olmasının artıq təsirləri var. Bu danışıqlarda da əsas məsələ Hörmüz boğazının maneəsiz keçidlər üçün açılmasıdır. Çox güman ki, bu baş verəcək. İranın təkbaşına Hörmüz boğazına nəzarət etməsinə nəinki Amerika, heç körfəz ölkələri də razı deyil. Dünyada elə bir ölkə yoxdur ki, razı olsun. Ona görə də, axırda İran məcbur qalacaq ki, Hörmüz boğazını açsın”.



Nuray Əliyeva

#İran #Hörmüz
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər