00:00:00
Yazar
Səadət Əlizadə
28.04.2026 19:38 67 1 dəq oxuma
Siyasət

İran sülh sazişinin yenidən baxılmış variantını təqdim edə bilər

İran sülh sazişinin yenidən baxılmış variantını təqdim edə bilər

İran yaxın günlərdə Pakistandakı danışıqlar prosesi çərçivəsində ABŞ ilə müharibənin dayandırılmasına dair təklifin yenidən baxılmış variantını təqdim edə bilər.

 

"İnformator.az" xəbər verir ki, bu barədə CNN-in mənbələri bildirib.

 

Onların məlumatına görə, bu qərar ABŞ Prezidenti Donald Trampın sazişin İran tərəfindən daha əvvəl təqdim edilmiş variantını bəyənməməsi ilə bağlıdır.

 

Qeyd olunub ki, İranın xarici işlər naziri Abbas Əraqçi Rusiyaya səfərindən sonra Tehrana qayıdacaq və ölkə rəhbərliyi ilə məsləhətləşmələr aparacaq. Bununla yanaşı, mənbələr vurğulayıb ki, qərarın qəbulu prosesi İran hakimiyyətinin daxili fikir ayrılıqları səbəbindən çətinləşir.

#yeni #baxılmış #i̇ran #bilər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər