00:00:00
Yazar
Elmira Ağayeva
30.04.2026 17:18 14 1 dəq oxuma
Siyasət

İran ətrafında gərginlik fonunda neftin qiyməti 126 dollara yüksəlib

İran ətrafında gərginlik fonunda neftin qiyməti 126 dollara yüksəlib

ABŞ-nin İrana qarşı tətbiq etdiyi sanksiyaların (blokadanın) uzadılması ilə bağlı xəbərlər neft bazarlarında ciddi narahatlıq yaradıb.

Nəticədə Brent crude oil qiyməti bir barel üçün 126 dollara yüksələrək son illərin ən yüksək səviyyələrindən birinə çatıb. Artım əsasən Yaxın Şərqdə artan hərbi gərginlik və tədarük riskləri ilə əlaqələndirilir.

 

Xüsusilə, strateji əhəmiyyətə malik Hörmüz boğazında daşımaların məhdudlaşması qlobal enerji bazarlarına birbaşa təsir edir.

Dünya üzrə neft və mayeləşdirilmiş təbii qazın böyük hissəsi bu marşrutdan keçdiyi üçün münaqişənin uzanması qiymətlərin yüksək səviyyədə qalmasına və qlobal iqtisadi risklərin artmasına səbəb ola bilər.

 

BBC News

Mələk Hüseynova

#İran #neft #siyasət #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər