İran XİN: Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi ABŞ-dən asılıdr
Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi ABŞ-ın atəşkəs öhdəliklərini yerinə yetirməsindən asılıdır.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi rusiyalı həmkarı Sergey Lavrov ilə telefon danışığı zamanı bildirib.
İran Xarici İşlər Nazirliyinin Telegram kanalının yaydığı məlumata görə, Abbas Əraqçi qeyd edib ki, bu su yolunda təhlükəsiz naviqasiya yalnız müəyyən edilmiş təlimatlar əsasında və İran silahlı qüvvələri ilə koordinasiyada mümkündür.
Nazir əlavə edib ki, gəmilərin hərəkəti müəyyən marşrutlar üzrə və mövcud texniki qaydalara uyğun həyata keçirilə bilər, lakin bunun üçün ABŞ tərəfinin öz öhdəliklərini yerinə yetirməsi əsas şərtdir.