00:00:00
Yazar
Elmira Ağayeva
27.04.2026 14:31 22 1 dəq oxuma
Siyasət

İran XİN rəhbəri Abbas Əraqçi Moskvada Putinlə danışıqlar aparacaq

 

 

İran XİN rəhbəri Abbas Əraqçi Moskvada Putinlə danışıqlar aparacaq

İranın xarici işlər naziri Abbas Əraqçi Rusiyaya səfəri çərçivəsində Prezident Vladimir Putinlə görüşəcək. İranın Rusiyadakı səfiri Kazım Cəlalinin bildirdiyinə görə, səfər bazar ertəsi baş tutacaq. Əraqçi Moskvada danışıqların hazırkı vəziyyəti, atəşkəs, regional proseslər və ABŞ ilə aparılan danışıqlar barədə Rusiya rəsmiləri ilə məsləhətləşmələr aparacaq.

 

 

 

 

 

Mövzu ilə bağlı politoloq Ülviyyə Zülfüqar “İnformator.az”a açıqlamasında bildirib ki, Abbas Əraqçinin Moskvaya səfəri zamanı əsas müzakirə mövzularının təhlükəsizlik əməkdaşlığı və enerji sahəsində koordinasiya olacağı gözlənilir:

 

 

 

 

 

“Eyni zamanda tərəflərin regional böhranlara yanaşmalarının uzlaşdırılması məsələsi də diqqət mərkəzində olacaq. Xüsusilə sanksiyalar fonunda İran və Rusiyanın alternativ iqtisadi və logistika mexanizmləri üzrə əməkdaşlığı gücləndirməsi ehtimalı yüksəkdir. Bu baxımdan yeni müqavilələrdən daha çox, mövcud tərəfdaşlığın dərinləşdirilməsi ön plana çıxır.

 

 

 

Bu görüş eyni zamanda ABŞ–İran danışıqları kontekstində də mühüm əhəmiyyət daşıyır. Bu təmasların Yaxın Şərqdə təhlükəsizlik balansına təsiri birbaşa və kəskin deyil, daha çox mərhələli və dolayı xarakter daşıyır. Əgər Moskva və Tehran mövqelərini daha sıx koordinasiya edə bilsələr, bu, regionda qüvvələr balansında fərqli yanaşmalar yarada bilər. Lakin prosesin yekun nəticəsi yenə də ABŞ–İran xəttində əldə olunacaq konkret razılaşmalardan və tərəflər arasında etimad səviyyəsindən asılı olacaq”.

 

 

Mələk Hüseynova

 

#İran #Rusiya #ABŞ #siyasət #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər