00:00:00
Yazar
Səkinəbəyim Cəfərova
11.09.2026 23:11 148 2 dəq oxuma
Siyasət

İran XİN rəhbəri – Pakistan ordusunun komandanı ilə telefon danışığı-Regionda artan gərginliyin qarşısımı alınır?

İran XİN rəhbəri – Pakistan ordusunun komandanı ilə telefon danışığı-Regionda artan gərginliyin qarşısımı alınır?

 

 İran və Pakistan arasında təhlükəsizlik əməkdaşlığının gücləndirilməsi regionda artan gərginliyin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıya bilər.


Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında  politoloq Tural İrfan bildirib ki, İranın Yəməndəki vəkil qüvvəsi Ənsarullah təşkilatı ilə Səudiyyə Ərəbistanı dəstəkli yerli qanuni hökumət qüvvələri aranda silahlı toqquşmalar baş verib:

 

“Gərginliyin artması zəminində Husilərin Səudiyyə Ərəbistanına zərbələr endirməsi Pakistanla bağlanan müqaviləyə görə bu dövlətin hərəkətə keçməsini labüdləşdirir. Çünki qarşılıqlı olaraq bir-birinin təhlükəsizliyinin qorunmasına görə baş verən xarici müdaxilələrə cavab  vermək hüququna sahibdirlər. İranın Pakistanla dərhal əlaqəyə keçməsi bu məsələ ilə bağlıdır. Eyni zamanda İranın xarici işlər naziri Abbas Əraqçi ilə Pakistan ordusunun komandanı feldmarşal Asim Munir arasında baş tutan son telefon danışığı, regionda artan gərginlik fonunda iki ölkənin təhlükəsizlik əməkdaşlığına birbaşa və əhəmiyyətli təsir göstərə bilər”.


Politoloq qeyd edib ki,bu danışıq sadəcə ikitərəfli əlaqələri deyil, eyni zamanda geniş geosiyasi müstəvidə təhlükəsizlik balansını tənzimləmək məqsədi daşıyır. 


Telefon danışığının iki ölkənin təhlükəsizlik əməkdaşlığına mümkün təsirləri müəyyən istiqamətlərdə ola bilər. Pakistanın Vaşinqton-Tehran xəttində vasitəçilik rolunun güclənməsi gündəmə gələ bilər. Diplomatik kanalın bərpası məsələsinin müzakirə edilməsi də mümkündür. Məlumdur ki, Pakistan, Qətərlə yanaşı, ABŞ və İran arasındakı gərginliyin azaldılmasında əsas vasitəçilərdən biridir. Bu danışıq zamanı tərəflər Tehran ilə Vaşinqton arasındakı münaqişənin həlli yolları, diplomatik səylərin yenidən canlandırılması yollarını müzakirə etdikləri haqda məlumatlar var. Ordunun bu prosesdə birbaşa iştirakı, Pakistanın İrana regionda hərbi eskalasiyanın qarşısını almaq üçün kəşfiyyat və təhlükəsizlik səviyyəsində mesajlar ötürdüyünü də göstərir. Danışıqlarda Husilərin Səudiyyə Ərəbistanına hücumları kontekstində regionda sabitliyin qorunması məsələsinin də xüsusi yer tutması söylənilir. 


Tural İrfanın sözlərinə görə,Pakistanın regional təhlükəsizlik paktları çərçivəsində, məsələn, Səudiyyə Ərəbistanı ilə müdafiə əlaqələri kimi öhdəlikləri var. 


Bu baxımdan, İranla hərbi-diplomatik koordinasiya potensial regional müharibə riskini azaltmağa xidmət edir. Məlumatlara görə tərəflər regionda pisləşən təhlükəsizlik mühitinə qarşı region ölkələrinin daha koordinasiyalı və sayıq olmasının vacibliyini vurğulayıblar. İran XİN rəhbərinin Pakistanın diplomatik qurumları ilə yanaşı birbaşa ordu komandanı ilə əlaqə saxlaması, Pakistan daxilində xarici siyasət və təhlükəsizlik qərarlarında ordunun strateji çəkisini nəzərə aldığını nümayiş etdirir. Bu cür birbaşa xətlər krizis anlarında yanlış anlaşılmaların və gözlənilməz hərbi toqquşmaların qarşısını almaq üçün ən effektiv mexanizmdir. Bu telefon danışığı İran və Pakistan arasında hərbi gərginliyi deyil, əksinə, regional təhlükəsizliyi qorumaq üçün böhran menecmenti və diplomatik koordinasiyanı gücləndirən müsbət bir addım kimi qiymətləndirilməlidir. Son nəticədə görünür ki, tərəflər regionun böyük bir münaqişə alovuna bürünməməsi üçün hərbi-siyasi kanalları açıq saxlamağa qərarlıdırlar ki, bu da ümumi vəziyyətin gərginliyi azaltmağa müsbət təsir göstərə bilər.


Nurgün Qənizadə

#telefon #i̇ran #pakistan #gərginliyin
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər