00:00:00
Yazar
Nərmin Həşimova
23.11.2026 13:25 31 2 dəq oxuma
Siyasət

İran yeraltı raket bazasında yeni buraxılış qurğusunu nümayiş etdirib

İran yeraltı raket bazasında yeni buraxılış qurğusunu nümayiş etdirib

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) eyni vaxtda iki maye yanacaqlı raket buraxmaq imkanına malik olduğu bildirilən yeni qurğunu təqdim edib. İran dövlət televiziyası SEPAH-ın yeraltı raket obyektindən görüntülər yayımlayıb.

 

Mövzu ilə bağlı"İnformator.az"a açıqlamasında politoloq Əziz Əlibəyli bildirib ki,döyüş strukturlarının yeni, yüksək effektiv vasitələrlə inteqrasiyası həm reallıq, həm də məqsəd yeni imkanların və Rusiya-Çin dəstəyinin mesajını verməkdir:


"Həm İsraillə, həm də Amerika Birləşmiş Ştatları ilə son  münasibətlər diplomatik müstəvidə davam edən qarşıdurmadır. Amma kontekstdə qiymətləndirmə ona hesablanıb ki, bizim alternativimiz güc faktorudur. Yəni əgər danışıqlara getmək məsələsi varsa, bu Birləşmiş Ştatların düşünəcəyi bir məsələdir. Birləşmiş Ştatlarda isə məlumdur ki, bu İsrailin də basqısı ilə yekun hərbi əməliyyatlara başlamaqla bağlı ciddi təzyiq var. Buna gedəcəklərmi, getməyəcəklərmi müzakirələri aparıldığı bir fonda məhz həmin o görüntülər yayılır.
​Döyüş strukturların gözlənilməz, yüksək effektiv vasitələrlə inteqrasiya olunması həm doğrudur, həm də blefdir. Doğrudur ona görə ki, ikiqatlı həm o fevral savaşı, həm iyunda baş verənlər ciddi qalibiyyətə gətirib çıxarmadı Amerikanı və İranı da məğlub etmək mümkün olmadı. Bu həm də İranın sözsüz ki, istifadə etdiyi müharibə taktikasının uğurlu olduğunu göstərir.Lakin başqa bir nüans da var Çinin və  Rusiyanın böyük dəstəyi.İndi həm də demək istəyir ki, yeni vasitələr əldə etmişik və arxamızda Rusiyanın, Çinin mövcudluğu var.Texniki göstəricilərin gizli saxlanılması və yalnız dövlət televiziyası vasitəsilə məhdud kadrların göstərilməsi isə informasiyadan böyük silahın olmamasını  göstərir.Yəni əlində nəyin olub, nəyin olmamasını göstərməmək, düşməni, rəqibi narahat və prosesləri təzyiq altında saxlamaq niyyəti güdür".

 

Səkinə Musayeva

 

#nümayiş #etdirib #azərbaycan #i̇ran #yeraltı
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər