00:00:00
Yazar
Aysel Mirzəyeva
22.04.2026 21:35 19 1 dəq oxuma
Siyasət

“İrana çox ağır zərbə vurublar” - ŞƏRH

“İrana çox ağır zərbə vurublar” - ŞƏRH

ABŞ-nin İranla müharibədə tam qalib gəldiyi iddia olunur.


Mövzu ilə bağlı siyasi şərhçi Xaqani Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, Amerika Birləşmiş Ştatları və İsrail 38 günlük müharibədə İrana çox ağır zərbə vurublar:

 

“İran rəsmilərinin ilkin hesablamalarına görə təxminən 270 milyard dollarlıq ziyan vurulub. Digər tərəfdən, 38 günlük müharibədə ABŞ və İsrail, başda ali dini rəhbər Seyid Əli Xamenei olmaqla, onlarla yüksək rütbəli rəsmisini öldürüb. İranın hərbi gücünə ağır zərbə vurulub. Ancaq Prezident Donald Trampın bəyan etdiyi kimi İran üzərində qələbə qazanılmayıb. Ona görə də, İran haqlı olaraq bu iddianı rədd edəcək. Region ölkələri elə vəziyyətdədirlər ki, vəziyyətin necə olmasından asılı olmayaraq mövqe tutmağa gücləri yoxdur. Onlar seyirçi qalmağa üstünlük verəcəklər”.


Aytac İbrahimova

#zərbə #baki #şərh #çox
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər