00:00:00
Yazar
Asiman Vəliyeva
27.03.2026 19:32 16 3 dəq oxuma
Siyasət

İrana mümkün quru hücumu: BƏƏ-nin rolu nədir?

İrana mümkün quru hücumu: BƏƏ-nin rolu nədir?

ABŞ-nin İrana qarşı mümkün hərbi əməliyyata hazırlaşdığı iddiaları regionda gərginliyi artırıb. Məlumatlara görə, əməliyyatın BƏƏ üzərindən başlaması ehtimalı və bu ölkənin ABŞ-yə dəstək verməsi həm tarixi, həm də siyasi səbəblərlə izah olunur. Xüsusilə, ərazi mübahisələri və strateji maraqlar diqqət mərkəzindədir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Tural İrfan bildirib ki, ABŞ İrana qarşı quru hücumunu nəzərdən keçirir:


“Amma buna o qədərdə meylli deyil. ABŞ-nin BƏƏ-ni İranın hədəfinə gətirmək niyyəti İsrailin təhriki ilədir. Ərəb, müsəlman aləminin, Yaxın Şərqin mədəni biznes mərkəzlərindən olan, başqa müsəlman ölkələri üçün də önəmli sayılan bu əmirliyi İranın raketlərinə qurban vermək istəyirlər. İsrail ümumiyyətlə mümkün olduğu qədər İslam aləmində dağıntı, ölüm törətmək istəyir. Bu, İsrailin rəsmi dövlət ideologiyası və dövlət doktrinasıdır. Əslində mahiyyəti etibarı ilə teokratik məna daşıyan sionizmə görə "vəd edilmiş torpaqlar"ın bərpası və "böyük İsrail"in qurulması üçün bütün canlıları belə məhv etməyə dəyər. Odur ki, bəzən baş verən hadisələr siyasi yox, dini xarakter daşımış olur. Fələstin - İsrail probleminin kökü də dini inancdan doğan müqəddəs yerlər uğrundada başlayıb. İsrail bir çox planlarını ABŞ əli ilə həyata keçirir. Müharibəyə ərəb ölkələrini, sonra isə Türkiyə və Pakistanı qatmaq istəyirlər. Ümumiyyətlə İslamı və söz sahibi müsəlman ölkələrini söndürmək istəyirlər. Bunu İsrail və ABŞ rəsmiləri dəfələrlə etiraf ediblər. Səlib yürüşünün müasir üsulda davamı olaraq varlı, zəngin ərəb ölkələrini İrana qarşı cəbhə açmağa məcbur etməklə proseslərdə məsuliyyəti paylaşmaq istəyirlər. İranın əvvələr hansı müsəlman ölkələri ilə problemləri və torpaq münaqişəsi olubsa onu qabardıb yenidən aktuallaşdırırlar. Vaxtilə Xomeynini İranda hakimiyyətə gətirib şah zamanında İraqla bağlanan müqavilədən imtina etdirərərək Şəttül-ərəb çayı sahilindəki ərazilər uğrunda 8 ilkin müharibəyə cəlb etmişdilər. Əgər Xomeyni müharibə etməsəydi onu gətirən qüvvələr İranda hələ də aktiv saxladıqları Xalq Mücahidləri Təşkilatının əli ilə onu sıradan çıxaracaqdılar. Xomeyni 8 illik müharibə ilə ABŞ və İsrailin maraqlarına misli görünməmiş xidmət edib, bir milyon müsəlman ölüb, İraqın ərəb kualisiyanı bir yarı toplayıb Fələstin mübarizəsinə qalxmaq əzmini sındırdı və ABŞ-dən milyardlarla dəyərdə silah, sursat aldı. İranın ABŞ və İsrailin maraqlarına xidmət tarixi Suriyanın əldən çıxması ilə qapanmış oldu. ABŞ İrana mesaj göndərdi ki, artıq rejimin istifadə müddəti bitib, təhvil verin. İran hələ də lazım olduğunu sübut etmək üçün müəyyən uğursuz cəhdlər etdi, lakin faydası olmadı. Hazırda da ərəb ölkələrinə, hətta İsrailin də münasibətlərinin gərgin olduğu Türkiyəyə arada raket atmaqla İsrailə, ABŞ-yə gərəkli olduğunu xatırladır. Əgər İran İsrail və ABŞ-nin indən sonrakı hədəfində olan müsəlman ölkələrinə qarşı İsrialə və  ABŞ-yə dəstək verməyə razı olsa hazırki rejim qorunub saxlanacaq. Çünki Əfqanıstan və İraq müharibəsində İran canını ABŞ işğalına dəstək verməklə xilas edib.”

 

Həmçinin ekspert bildirib ki, ABŞ quru əməliyyatında mümkün qədər ərəb ölkələrindən istifadə etmək istəyir:


“Bu həm coğrafi, həm hərbi həm də siyasi yöndən ola bilər. Eyni zamanda bu ölkələri İranın hədəfinə gətirib vurmuşdurmaq, müharibənin gedişindən həm siyasi, həm də iqtisadi faydalar götümrək istəyir. Quru əməliyyatları Yaxın Şərq regionunu Qəzzanın halına sala bilər. Bu da İsrailə lazımdır. ABŞ sağ göstərib soldan da vura bilər. Quru qoşunları əgər daxil olacaqsa və bu, həqiqətən də savaşı genişləndirmək yox İran rejimini devirmək məqsədilə ediləcəksə tamam fərqli istiqamətdən baş tuta bilər”.


Gövhər Mehyəddinova

#mümkün #bəə-nin #yeni #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər