00:00:00
Yazar
Ayan Sadi
11.11.2026 20:25 16 2 dəq oxuma
Dünya

İrana qarşı iqtisadi təzyiqlər: genişmiqyaslı hərbi əməliyyatlara ehtiyac qalmır

İrana qarşı iqtisadi təzyiqlər: genişmiqyaslı hərbi əməliyyatlara ehtiyac qalmır

 

 

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını daha da gücləndirməyi planlaşdırır.

 

Mövzu ilə bağlı “İnformator.az”saytına açıqlama verən politoloq Elşad Həsənovun sözlərinə görə,ABŞ-nin İsrail ilə birlikdə İrana hücumu böyük danışıqlara səbəb oldu

 

“Hərbi obyektlər vuruldu,mülkü əhalidən ölənlər oldu.İran tərəfinin hesablarına görə 270 milyard dollardan artıq ABŞ və İsrail İrana ziyan vurdu.Sonrasında Hörmüz boğazıda bağlandı.Ona görə ki,ABŞ-nin hərbi dəniz qüvvələri Hörmüz boğazını mühasirəyə aldı.Bundan sonra İranın öz məhsullarını,yeni neftini xaricə satması çətinləşdi.Rubioda öz çıxışında bildirib ki,bu iqtisadi blokada məsələsini ABŞ-nin maliyyə naziri Besint irəli sürmüşdü.ABŞ-nin dövlət katibi Rubio bildirib ki,bu təzyiq doğrudan da İranı ağır vəziyyətə salır.İranın xarici əlaqələri getdikcə zəifləyir.ABŞ İranın quru əlaqələrini dayandırmaq istəyir.Bizə daxili məlumatlar onu göstərir ki,İranda iqtisadi vəziyyət çox ağırdır.İran hökuməti öz əsgərlərinə,polislərinin maaşlarını belə verə bilmir.Onların valyutası çox ciddi infilyasiyadadır.Bütün bunlar İranın iqtisadiyyatına,həyat tərzinə,sosial vəziyyətinə ağır ziyan vurur”.

 

Politoloq qeyd edib ki, İranın daxilində iqtisadi vəziyyətin ağırlaşması partlayışa və əhalinin yenidən ayağa qalxmasına səbəb ola bilər.ABŞ hesab edir ki, belə olarsa,genişmiqyaslı hərbi hücuma ehtiyac qalmayacaq.

 

Həmçinin İranın ABŞ-ın tələblərini yerinə yetirməyə hazır olması barədə məlumat verilir, amma hələ real nəticə yoxdur.

 

Pənahova Şəbnəm

#əməliyyatlara #genişmiqyaslı #qarşı #hərbi #i̇rana
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər