00:00:00
Yazar
Elmira Ağayeva
24.04.2026 21:27 30 2 dəq oxuma
Siyasət

“İranda daxili parçalanma yox, əksinə birlik var”-ŞƏRH

“İranda daxili parçalanma yox, əksinə birlik var”-ŞƏRH

İran Prezidenti Məsud Pezeşkian və ölkə parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf ölkə rəhbərliyi daxilində ABŞ ilə bağlı fikir ayrılıqları olduğu barədə yayılan məlumatları təkzib ediblər.

 

 

Mövzu ilə bağlı AĞ Partiya sözçüsü, siyasi analitik Cavanşir Abbaslı “İnformator.az”a açıqlamasında bildirib ki, Pezeşkian və Qalibafın paylaşımları təsadüfi deyil:Mövxu ilə bağlı

 

 

“İran daxilində fikir ayrılıqlarının olduğu barədə tez-tez məlumatlar yayılır. Bu da təsadüfi deyil. Fevralın 28-dən etibarən İrana hücumlar zamanı İran xalqının birlik nümayiş etdirdiyini gördük. Halbuki həmin hücumdan bir gün əvvəl belə bir ehtimal irəli sürülsəydi, buna ciddi yanaşılmazdı.

 

İki ay öncə İranda baş verən etiraz aksiyalarında xalqın narazılığı müşahidə olunurdu. Hətta belə ehtimallar var idi ki, müharibə olarsa, İran xalqı bundan istifadə edib mövcud rejimə qarşı çıxacaq. Lakin biz bunun əksini gördük və bu prosesin davam etdiyini müşahidə edirik. Bu baxımdan Pezeşkian və Qalibafın açıqlamalarında kifayət qədər həqiqət payı var”.

 

 

Cavanşir Abbaslı qeyd edib ki, hazırda İran daxilində birlik müşahidə olunur:

 

 

“Bunu ölkənin iri şəhərlərində, o cümlədən Təbriz və Tehranda keçirilən mərasimlərdə gördük. Ali dini lider Ayətullah Xameneinin öldürülməsi ilə bağlı keçirilən yas mərasimlərində və yüksək rütbəli şəxslərin dəfnində xalqın birlik nümayiş etdirməsi diqqət çəkdi. Eyni zamanda hücumlar zamanı keçirilən aksiyalarda da bu birlik açıq şəkildə hiss olunurdu. Bunlar reallıqlardır.

 

ABŞ ilə danışıqlar davam edir və danışıqsız nəticə əldə etmək mümkün deyil. Buna görə də prosesin bundan sonra daha intensiv şəkildə davam edəcəyi gözlənilir. Artıq məlumatlar var ki, Abbas Əraqçinin İslamabada səfəri planlaşdırılır. Bu səfər zamanı bir çox məsələlərə aydınlıq gətiriləcək. Qarşıdakı günlərdə danışıqların bərpa olunacağını və yekun nəticəyə doğru irəliləyişin olacağını gözləyirik”.

 

Nuray Əliyeva

#İtan #siyasət #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər