00:00:00
Yazar
Zəhra Həsənova
29.04.2026 20:29 20 2 dəq oxuma
Siyasət

İranda hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçib - ŞƏRH

İranda hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçib - ŞƏRH

İranla bağlı beynəlxalq mediada yayılan məlumatlarda bildirilir ki, ölkədə siyasi və təhlükəsizlik qərarlarında İslam İnqilabı Keşikçiləri Korpusu təsirinin son illərdə daha da artdığı iddia olunur. Analitiklərin fikrincə, SEPAH-ın iqtisadi, hərbi və regional siyasətə təsir imkanlarının genişlənməsi rəsmi hökumət strukturlarının qərarvermə prosesində rolunu müəyyən qədər məhdudlaşdıra bilər. 

 

Mövzu ilə bağlı siyasi şərhçi Asif Nərimanlı “İnformator.az”a açıqlamasında bildirib ki, SEPAH-ın İranda təsir imkanlarının artması əvvəlcədən gözlənilən proses idi və son müharibə bu tendensiyanı daha da sürətləndirib:

 

“Qurum post-xamenei dövründə ölkə idarəçiliyində əsas söz sahibinə çevrilməyi hədəfləyib. Bu müharibə prosesi sürətləndirib və hazırda SEPAH yalnız hərbi sahədə deyil, həm mülki idarəetmə, həm də siyasi-diplomatik istiqamətlərdə nəzarəti ələ almağa çalışır. Mövcud şəraitdə bu vəziyyət hakimiyyətin qorunması və xarici təhdidlərə qarşı müqavimət baxımından müəyyən dairələr üçün məqbul görünə bilər. Lakin uzunmüddətli perspektivdə bunun həm daxili, həm də xarici siyasətdə ciddi problemlər yarada bilər. SEPAH-ın yanaşmasında adekvat və balanslı qərarların verilməsi ehtimalı zəifləyir, daha radikal və sərt siyasət üstünlük qazana bilər”.

 

Asif Nərimanlının fikrincə, bu xətt xüsusilə, region ölkələri ilə münasibətlərdə gərginliyə səbəb ola bilər:

 

“Müharibə dövründə İranın körfəz ölkələrini hədəf alması artıq regionda risklərin artdığını göstərib. Bu, gələcəkdə münasibətlərin daha da mürəkkəbləşəcəyinə işarədir. SEPAH amili əvvəllər də Bakı-Tehran münasibətlərində gərginlik yaradan əsas faktorlardan biri olub. SEPAH-ın təsiri ilə Azərbaycana qarşı əsassız iddialar irəli sürülüb və süni gərginlik yaradılıb. 2023-cü ildən sonra münasibətlərdə müəyyən normallaşma müşahidə olunsa da, qurumun tam nəzarəti şəraitində bu prosesin davamlı olacağı sual altındadır. Əgər İranda SEPAH-ın təsiri daha da güclənərsə, bu, Azərbaycanla münasibətlərdə yenidən gərginlik riskini artıra bilər. Keçmiş təcrübə göstərir ki, radikal yanaşmalar üstünlük qazandıqda, ikitərəfli münasibətlərdə sabitlik qorunmur”.

 

Fatimə Hüseynli

#azərbaycan #i̇randa #əlinə #sepah-ın
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər