00:00:00
Yazar
Nərmin Həşimova
11.05.2026 17:03 18 2 dəq oxuma
Siyasət

“İranın nüvə obyektlərinə nəzarət olunması ABŞ üçün üstünlük saxlayır”- ŞƏRH

“İranın nüvə obyektlərinə nəzarət olunması ABŞ üçün üstünlük saxlayır”- ŞƏRH

İran basdırılmış uran ehtiyatlarını təhvil verməzsə, yenidən genişmiqyaslı hücumlara başlaya bilərik.

Bu barədə ABŞ Prezidenti Donald Tramp deyib.

“Daim nəzarətdə saxlayırıq. Kosmik qüvvələr onları izləyir. Əgər hansı biri ora yaxınlaşarsa, dərhal onları məhv edəcəklər”,-deyə Tramp bildirib.


Mövzu ilə bağlı “İnformator. az”a açıqlamasında politoloq Tural İrfan bildirib ki, ABŞ İrana qarşı psixoloji təzyiq həyata keçirməklə böyük səhv buraxmasını gözləyir:


“Təbii ki, əsas məqsəd hakimiyyəti dəyişməkdir. Lakin dünya ictimaiyyətinə bunun həqiqətən də zəruri olduğunu sübut etmək və inandırmaq lazımdır. Donald Trampın təhdidləri də buna hesablanıb. ABŞ qüvvələri İranı demək olar ki, tamamilə nəzarətə alıb. Bütün liderlər və hərəkət istiqamətləri, eyni zamanda hərbi personal, nüvə obyektləri peyk vasitəsilə izlənir. İranın cavabı yalnız sözdə hədə və ya Körfəz ölkələrinə raket zərbəsi ola bilər. Bununla da bölgədə vəziyyət yenidən gərginləşəcək. Ümumiyyətlə İran və ABŞ arasındakı münaqişənin müharibəsiz həlli görünmür. Hazırki fasilə müddətində İsrail İranın proksi qüvvələrinə qarşı müdafiə potensialını artırır və eyni zamanda ABŞ qüvvələri son həlledici müharibə üçün hazırlıq görür. İranın nüvə obyektlərinə nəzarət olunması ABŞ üçün üstünlük saxlayır və zənginləşdirilən nüvəni xüsusi əməliyyat nəticəsində götürmək də planın tərkib hissəsi ola bilər”.

 

Politoloq qeyd edib ki, hər halda vəziyyət gərgin olaraq davam edir və bütün bu proseslər hər gün İranın ziyanına işləyir:

 

“İqtisadi vəziyyətin yenə məcradan çıxması əhalini yenidən qaldıracaq və hakimiyyət daxilindəki parçalanma xalqla hakimiyyəti üz-üzə qoyacaq. ABŞ İranda ya rejim tam dəyişənə qədər, ya da səlahiyyətlər Prezident Pezeşkianın əlinə keçənədək mübarizə aparacaq. Əslində əsas məqsəd, ABŞ-nin hədəflərindən biri də səlahiyyətlərin Prezident Pezeşkiana keçməsidir. Çünki hakimiyyəti tam devirmək yeni hakimiyyətə kimin gələcəyini sual altında qoyur və proseslər məcradan çıxıb başa arzuolunmaz şəxs də gələ bilər. Lakin Pezeşkian real prezidentdir və hadisələr başlamadan əvvəl onun siyasi sistem haqdakı mənfi fikirləri əslində ABŞ üçün ciddi mesaj idi. Odur ki, ABŞ hazırda prezidenti təsir altında saxlayan SEPAH və digər mühafizəkar qrupların təsirini tamamilə qırmaq üçün tədbirlər planı üzərində işləyir. Rejimi tamamilə devirmək üçün quru qoşunları yeridilməli yaxud daha böyük qırğınlara səbəb olacaq hava hücumu lazımdır. Bundansa radikal hakim dairələri məhv edib neytrallaşdırmaqla prezident institutuna səlahiyyətləri dövr etmək ən optimal variantdır. Liderlərin öldürülməsi zamanı Prezident Pezeşkianın həyatının qorunması da əslində bu həqiqətləri sübut edir”.


Nurgün Qənizadə

#ABŞ #İran #nüvə #nəzarət
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər