İranın Omanla Hörmüz razılığı - XARİCİ EKSPERTLƏR AÇIQLAYIR
İran Hörmüz boğazında gəmiçilik marşrutu ilə bağlı Omanla razılığa gəldiyini bildirib. Bu ölkənin xarici işlər nazirliyinin nümayəndəsi İsmayıl Bəqayinin sözlərinə görə, razılaşma "son mrəhələdədir", lakin yüksəkvəzifəli İran mənbəsinin "Reuters"ə bildirdiyinə görə, İran və Omanın Hörmüzlə bağlı planı icra olunmaya bilər.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında analitik Meqan Satklif bildirib ki, İran Omanla razılaşma ilə bağlı açıqlamanın bir neçə gen ərzində təqdim olunacağını bildirib:
"Bu razılaşma ABŞ ilə İran arasında gərginliyin azalacağı anlamına gəlmir. Vəziyyət hələ də son dərəcə gərgindir. Körfəz ölkələri Trampa təzyiq göstərəcək. ABŞ-nin İranla münaqişəyə girməsi İranın bu ölkələri hədəf almasını istisna etmir".
İranın Omanla mümkün razılaşması bölgədə müəyyən diplomatik ümidlər yaratsa da, mövcud geosiyasi reallıq bu razılaşmanın yaxın müddətdə tam işlək mexanizmə çevriləcəyinə zəmanət vermir.
Məsələ ilə bağlı siyasi şərhçi Alan Eyr açıqlamasında qeyd edib ki, bu razılaşmada vəziyyətin 28 Fevraldan əvvələ qayıtması nəzərdə tutulur, ancaq belə deyil:
"Əgər Hörmüz boğazından keçid təmin olunarsa, bu birbaşa deyil, qismən olacaq. Daşınma həcminin əvvəlki kimi 130 gəmi vəziyyətinə gətirilməsi uzun zaman alacaq. ABŞ geri çəkilməlidir. Söz oyununa ehtiyac yoxdur. İran Hörmüz boğazında nəzarəti ələ keçirəcək".