İranlı general Suriyada öldürülüb
İran inqilabının iştirakçılarından Suriyada olan ali səviyyəli komandir general-mayor Səid Səyyah Tahirinin öldürüldüyü bildirilib.
İran inqilabının iştirakçılarından Suriyada olan ali səviyyəli komandir general-mayor Səid Səyyah Tahirinin öldürüldüyü bildirilib.
İnformator xəbər verir ki, İran Baş qərargahına aid “defapress.ir” xəbər saytında verilən məlumatda İranın Suriyadakı yüksək rütbəli komandirlərindən general-mayor Tahirinin öldürüldüyü ifadə edilib.
Xəbərdə Tahirinin 1980-1988-ci illərdə baş verən İran-İraq müharibəsinin komandirlərindən olduğu qeyd edilsə də, Suriyada nə vaxt və hansı bölgədə öldürüldüyü açıqlanmayıb.
