00:00:00
Yazar
Ayan Sədi
17.02.2026 22:55 25 2 dəq oxuma
Sosial

İş anlayışı dəyişir: sərbəstlik və nəticə dövrü

İş anlayışı dəyişir: sərbəstlik və nəticə dövrü

Müasir əmək bazarında trendlər sürətlə dəyişir və yeni nəsil gənclər üçün iş anlayışı artıq ənənəvi qəliblərdən kənara çıxır. İndiki gənclər üçün iş artıq səhər 9-dan axşam 6-ya qədər ofisdə oturmaq deyil, onlar sərbəstlik, nəticəyə fokuslanmaq və iş-həyat balansını qorumaq istəyirlər.

 

Mövzu ilə bağlı insan resursları üzrə ekspert İlkin Məcidov "İnformator.az"a açıqlamasında bildirib ki, yeni nəsil üçün işin harada görülməsi deyil, hansı şərtlərlə və keyfiyyətlə icra olunması əsas prioritetdir:

 

“Yeni nəsil üçün işin məkanı deyil, şəraiti və keyfiyyəti daha vacibdir. Onlar nəticəyə fokuslanır və vaxtlarını səmərəli idarə etmək istəyirlər. İş-həyat balansı onların motivasiyasında əsas rol oynayır. Rəqəmsal bacarıqlar sayəsində istənilən yerdən işləyə bilirlər. Uzun saatlarla ofisdə qalmaq artıq məhsuldarlıq göstəricisi hesab olunmur. Bu yanaşma həm yaradıcılığı, həm də fərdi məsuliyyəti əhəmiyyətli dərəcədə artırır”.

 

Azərbaycanın yerli şirkətlərinin bu dəyişikliklərə adaptasiyası məsələsinə toxunan İlkin bəy qeyd edib ki, ölkəmizdə distant və hibrid iş modellərinə keçid hələ də mərhələli xarakter daşıyır:

 

“Yerli şirkətlər bu modelə qismən uyğunlaşıblar. Pandemiyadan sonra müəyyən onlayn iş təcrübəsi formalaşıb və texniki imkanlar mövcuddur. Lakin idarəetmə mexanizmləri hələ tam yetkin deyil. Bir çox rəhbər hələ də işin yalnız ofisdə daha səmərəli olduğuna inanır. Performansın ölçülməsi sistemlərinin zəif qurulması bu prosesi ləngidən əsas amillərdəndir”.

 

Köhnə nəsil rəhbərlərlə gənclər arasındakı ünsiyyət baryerlərindən danışan ekspert bildirib ki, ortaq dil tapmaq üçün idarəetmə üslubunda dəyişikliklər qaçılmazdır:

 

“Rəhbərlər gəncləri daha çox dinləməli və əmrverici idarəetmədən yönləndirici üsluba keçməlidirlər. Əsas ixtilaflar vaxt intizamı və qərarvermə məsələlərində yaranır. İşin keyfiyyətini qorumaq üçün nəticə əsaslı sistem qurulmalı, vəzifə və hədəflər dəqiq müəyyən edilməlidir. Çevik iş qrafiki mütləq məsuliyyətlə müşayiət olunmalı, şəffaflığı təmin etmək üçün rəqəmsal nəzarət alətlərindən və həftəlik hesabatlardan istifadə edilməlidir. Bu balans həm motivasiyanı, həm də ümumi məhsuldarlığı artıracaq”.

 

Lalə Əhməd

#dövrü #yeni #dəyişir: #xəbər #baki
Paylaş:

Şərhlər (1)

Profil
Shamistan Ahmadov 18.02.2026 01:00

👍👍👍

Oxşar Xəbərlər