İŞİD Bağdadda 52 nəfəri öldürdü
Bağdadın Şiələr yaşayan məhəllərindən birində ticarət mərkəzində baş verən hücumda 19 nəfər ölüb.
İnformator xəbər verir ki, İraqın paytaxtı Bağdadda Cedide səmtində bir ticarət mərkəzində bomba yüklü maşınla partlayış törədilib. Terrorçular maşını partlatdıqdan sonra yaxınlıqdakı ticarət mərkəzinə girib ən azı 50 nəfəri əsir götürüb. Hücum nəticəsində 19 nəfər ölüb, 40 nəfər yaralanıb. Associated Press-in xəbərinə görə, ölənlərin arasında 3 polis də var. Ticarət mərkəzində 3 terrorçu öldürülüb.
Bağdadın şərqində Nehrevanda bomba yüklü maşınla törədilən partlayış zamanı 7 nəfər öldü, 5 nəfər yaralandı.
Eyni saatlarda Bağdaddan 80 km uzaqda Diyala vilayətində, Mikdadiyedə iki hücum olub. Kamikadze hücumunda 26 nəfər dünyasını dəyişib, 35 nəfər yaralanıb.
İŞİD onlara aid sosial mediada ticarət mərkəzi və Mikdadiyedəki hücumlara görə məsulliyəti öz üzərinə götürüb.
