İŞİD İraqda iki bölgəni ələ keçirdi
Terror təşkilatı İŞİD İraqda Səlahəddin əyalətini şimal-şərq hissələrinə doğru irəliləyir
Terror təşkilatı İŞİD İraqda Səlahəddin əyalətini şimal-şərq hissələrinə doğru irəliləyir.
İnformator xarici KİV-ə istinadən xəbər verir ki, bölgədə baş verən şiddətli qarşıdurmalardan sonra İŞİD Kərkük-Tikrit magistralında Hımrin təpələri yaxınlığında iki bölgəni ələ keçirib. Tel Giseybe və əl-Mibeddid bölgələrinə nəzarəti ələ keçirən İŞİD-ə aid 8 zirehli texnika hava hücumla zamanı məhv edilib. Hava hücumlarından sonra Tikritin cənubunda Mıkeyşife bölgəsində bomba yüklənmiş iki maşın məhv edilib. Bu maşınların hərbi qərargahı hədəfə almaq istədiyi bildirilib.
Samarranın əl-Şərif bölgəsinə girməyə çalışan İŞİD-in əl-Oca bölgə nümayəndəsi Mərvan əl-Tikriti və Əhməd əl-Cumeyli öldürülüb.
