İŞİD Parisi partlatdı
Noyabrın 13-də Fransanın paytaxtı Parisdə dəhşətli terror aktları törədilib. Hadisə yerli vaxtla saat 21 radələrinə təsadüf edir. Terrorçular Parisdə ölkə başçısı Fransua Ollandın da tamaşaçısı olduğu Fransa-Almaniya futbol qarşılaşmasının getdiyi stadionun yaxınlığında üç partlayış tərdiblər. Ümumilikdə Parisin müxtəlif yerlərində eyni vaxtda yeddi hücum təşkil olunub. Restoranlardan bir az aralıdakı konsert zalında da terrorçular içəri daxil olaraq 100 nəfəri girov götürüblər. Məlumatlara görə, konsert zalında 1500 nəfərədək adam olub.
“İslam Dövləti” (İŞİD) terror təşkilatı Parisdə baş verən terror aktlarına görə məsuliyyəti öz üzərinə götürüb. İŞİD hücumları Suriya üçün “Vendetta” adlandırıb, İtaliyanın informasiya kanalı Sky Tg24 məlumat yayıb.
