00:00:00
Yazar
Səadət Əlizadə
21.04.2026 18:18 102 1 dəq oxuma
Siyasət

İsmayıl Bəqai BƏƏ-də iranlıların həbsinə münasibət bildirib

İsmayıl Bəqai BƏƏ-də iranlıların həbsinə münasibət bildirib

İran Xarici İşlər Nazirliyi (XİN) Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İslam Respublikası ilə əlaqəli terror qrupunu ifşa etməsi ilə bağlı iddiasını əsassız sayıb.

 

"İnformator.az" "Report"a istinadən xəbər verir ki, buna İran XİN-in sözçüsü İsmayıl Bəqai münasibət bildirib.

 

"Bu cür əsassız iddiaların irəli sürülməsi və anti-İran ab-havasının yaradılması, ABŞ və İsrailə dəstək məsuliyyətindən diqqəti yayındıra bilməz", - o bildirib.


XİN-in sözçüsü bu cür məsuliyyəti başqasının üzərinə atma cəhdlərinin region ölkələri arasında etimadın yaranmasına kömək etməyəcəyini vurğulayaraq, BƏƏ hökumətini insanların hüquqlarına hörmət etməyə, qisasçı davranışlardan çəkinməyə və mehriban qonşuluq prinsipinə qayıtmağa çağırıb.

 

Qeyd edək ki, aprelin 20-də BƏƏ-nin təhlükəsizlik qüvvələri İranla əlaqəli terror qrupunu ifşa edib.

#i̇smayıl #baki #bildirib #iranlıların #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər