00:00:00
Yazar
Aise Mustafayeva
28.10.2026 22:52 49 1 dəq oxuma
Maraqlı

İspaniyada dəhşətli qatar qəzası: Bütün kubok matçları təxirə salınıb

 

İspaniyada dəhşətli qatar qəzası: Bütün kubok matçları təxirə salınıb

İspaniyanın baş naziri Pedro Sançes qatar qəzasından şoka düşdüyünü bildirərək bütün qurbanlara və onların ailələrinə dəstəyini ifadə edib.  

 

Çərşənbə günü keçirilməsi nəzərdə tutulan İspaniya Kral Kubokunun bütün 24 matçı Madrid yaxınlığında baş verən və azı 68 nəfərin ölmü ilə nəticələnən qatar qəzası qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq təxirə salınıb. 

 

Qəza zamanı qatarlarda 500-dən çox sərnişin olub və onlar Toledo istiqamətinə hərəkət ediblər. İspaniya Kral Futbol Federasiyasının yaydığı açıqlamada bu qərarın qurbanlarla həmrəylik məqsədilə qəbul edildiyi bildirilib.  

 

Çərşənbə günü keçirilməli olan ilkin mərhələ matçlarında "Levante", "Alaves", "Valensiya", "Selta Viqo" və "Real Betis" kimi beş elit liqa komandasının oynaması planlaşdırıldı. "Real Madrid", "Barselona" və "Atletiko Madrid" kimi nəhəng klublar isə turnirə 1/32 final mərhələsindən qoşulacaqlar.  

 

"Barselona" sosial şəbəkələrdə qəza qurbanlarına başsağlığı verib, "Real Madrid" isə qəza ilə bağlı dərin hüznlə başsağlığı ünvanlayaraq təcili yardım xidmətlərinə tam dəstək verəcəyini açıqlayıb. Cümə axşamı keçiriləcək matçlar isə qəza səbəbindən dəyişməz qalır, çünki RFEF hələlik təxirə salınan oyunlar üçün yeni təqvim açıqlanmayıb.  

 

 

Sevanə Pənahova 

#təxirə #kubok #bütün #qəzası:
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər