00:00:00
Yazar
Aysel Mirzəyeva
10.04.2026 19:35 97 1 dəq oxuma
Siyasət

“İsrail dünyanı çox çətin duruma salıb” - ŞƏRH

“İsrail dünyanı çox çətin duruma salıb” - ŞƏRH

Livanın Baş naziri Nəvaf Salam Pakistanın Baş naziri Şahbaz Şərif ilə telefon danışığı zamanı ondan İsrailin hücumlarının qarşısının alınmasına dəstək göstərməsini istəyib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, Yaxın Şərqdəki mövcud vəziyyət qlobal gərginliyi artırır:

 

“Belə ki, açıq işğal siyasəti izləyərək regionu qan gölünə döndərməkdə davam edir. Livanda Hizbullaha qarşı əməliyyatlar əslində əhalini hədəf alır. İsrail bəzi qrupların mövcudluğunu bəhanə kimi saxlayır. Beynəlxalq təşkilatların təsiri demək olar ki, yoxdur və BMT qətnamələrinin icrası da zəifdir. Pakistanın İsraili dövlət kimi tanımaması da mövcud diplomatik vəziyyəti daha mürəkkəbləşdirir. Regionda gərginlik daha geniş geosiyasi qarşıdurma riskini artırır. Bəzi ölkələr vasitəsilə dolayısı təsir imkanları olsa da, ümumilikdə vəziyyət çox gərgindir. Bu proseslər regionda daha böyük təhlükəsizlik riskləri yaradır və müxtəlif ölkələr arasında gərginliyi artırır. Mövcud dinamika uzunmüddətli sabitliyi çətinləşdirir”.

 

Aytac İbrahimova

#şərh #yeni #çox #çətin #duruma
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər