İsrail ictimaiyyəti Türkiyəyə və iki ölkə arasındakı münasibətlərə necə baxır?
İsrailin Baş naziri Benjamin Netanyahunun aprelin 11-də “X” sosial şəbəkəsindəki hesabında ingilis dilində paylaşdığı və birbaşa Türkiyə Prezidenti Recep Tayyip Erdoğanı hədəf alan açıqlamalar Türkiyədə geniş əks-səda doğurub.
Netanyahu bildirib:
“İsrail, mənim rəhbərliyim altında, İranın terror rejimi və onun proxy qüvvələri ilə mübarizəni davam etdirəcək. Bu baxımdan, biz öz vətəndaşlarına qarşı zorakılıq tətbiq edən Ərdoğanın siyasətindən fərqli yol seçirik”.
Netanyahunun bu açıqlamalarına Türkiyədə həm hakimiyyət, həm də müxalifət daxil olmaqla müxtəlif siyasi dairələrdən sərt reaksiyalar gəlib. Prezident Ərdoğan cavabında qeyd edib ki, “heç bir güc Türkiyəyə və Türkiyə Prezidentinə barmaq silkələyə bilməz”.
Türkiyənin müxalifət partiyası olan CHP-nin sədri Özgür Özel isə İsraildən səsləndirilən açıqlamaları “həddini aşmaq” kimi qiymətləndirib. O bildirib:
“İsrailə qarşı Türkiyə tam şəkildə vahid mövqe sərgiləyir və məsum insanların tərəfində dayanır. İsrailin yanında duracaq heç bir CHP üzvü tapa bilməzlər”.
BBC News
Nuray Əliyeva