İsrail İstanbuldakı konsulluğunu bağlamağı müzakirə edir
İsrail Türkiyə ilə münasibətlərdə yaranmış ciddi gərginlik fonunda İstanbul Baş Konsulluğunu bağlamağı müzakirə edir. İsrail mənbələrinə görə, bu addım atılarsa, Ankaradakı İsrail Səfirliyi ölkədə yeganə rəsmi diplomatik nümayəndəlik olaraq qalacaq, lakin hələlik qəti qərar verilməyib.
Diplomatik böhran 7 oktyabr 2023 hadisələrindən və İsrailin Qəzzaya hücumlarından sonra daha da dərinləşib. Türkiyə İsraillə ticarəti tam dayandırıb, səfirlərin geri çağırılması və qarşılıqlı sərt bəyanatlar isə iki ölkə arasında münasibətlərin ən aşağı səviyyəyə enməsinə səbəb olub.
BBC
Mələk Hüseynova