00:00:00
Yazar
Güllər Gülhüseynova
15.04.2026 20:22 143 1 dəq oxuma
Siyasət

İsrail-Livan danışıqları yetərli olmaya bilər- Deputat

İsrail-Livan danışıqları yetərli olmaya bilər- Deputat

Vaşinqtonda İsrail ilə Livan arasında danışıqlar başlayıb.

 

Məsələ ilə bağlı deputat Hikmət Babaoğlu “İnformator.az”a açıqlamasında bildirib ki, İsrail və Livan arasında aparılan danışıqlar Hizbullah problemini həll etmək üçün yetərli olmaya bilər:

 

“Livan dövlətinin ərazisi olsa da, Hizbullah avtonom qüvvə kimi çıxış edir və müəyyən xarici güclər tərəfindən idarə olunur. Bu səbəbdən ümumi məsələlərdə razılığa gəlmək hələ problemin tam həlli demək deyil. Mənim fikrimcə, müəyyən mənada sərhəd məsələlərini tənzimləmək mümkündür. Çünki Hizbullahın mövcud olduğu ərazi rəsmi inzibati baxımdan Livan dövlətinə məxsusdur. Yalnız bu kontekstdə ümumi razılaşmalar əldə edilə bilər. Eyni zamanda, Livanın hüquq-mühafizə orqanları ilə İsrailin güc strukturları arasında informasiya mübadiləsi və əməkdaşlıq çərçivəsində terror təşkilatlarına qarşı mübarizə aparmaq mümkündür. Hesab edirəm ki, koordinasiya edilmiş fəaliyyət İsrailin birtərəfli müdaxiləsindən daha effektiv nəticə verə bilər. Bu da İsrail-Livan danışıqlarında həllini tapmalı olan əsas məsələlərdən biridir”.

 

Güllər Gülhüseynova

#olmaya #deputat #xəbər #yetərli
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər