00:00:00
Yazar
Səadət Əlizadə
24.04.2026 19:56 24 1 dəq oxuma
Siyasət

İsrail ordusu Livanın cənubunda "Hizbullah"ın istifadə etdiyi binaya zərbə endirib

İsrail ordusu Livanın cənubunda "Hizbullah"ın istifadə etdiyi binaya zərbə endirib

İsrail Müdafiə Ordusu Livanın cənubundakı Deyr-Ayms şəhərində ötən gecə "Hizbullah"ın İsrailin sərhədyanı Ştula yaşayış məntəqəsini raketlərlə atəşə tutduğu binaya zərbələr endirib.

 

Bu barədə "İnformator.az" "The Times of Israel"ə istinadən xəbər verir.

 

Məlumata görə, aviazərbədən əvvəl İsrail ordusu Deyr-Ayms sakinlərini təxliyə barədə xəbərdar edib.

 

Deyr-Ayms Livanın cənubunda İsrailin nəzarət etdiyi təhlükəsizlik zonasından şimalda yerləşir.

#yeni #istifadə #xəbər #cənubunda
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər