00:00:00
Yazar
Asiman Vəliyeva
07.04.2026 20:27 19 1 dəq oxuma
Siyasət

İsrail Tehranın üç hava limanını vurub

İsrail Tehranın üç hava limanını vurub

İsrail İranın paytaxtı Tehranda yerləşən üç hava limanına zərbələr endirib. Məlumata görə, hücumlar Bəhram, Mehrabad və Azmayeş hava limanlarını əhatə edib. İsrail Müdafiə Ordusu bildirir ki, əməliyyat kəşfiyyat məlumatları əsasında həyata keçirilib və əsas məqsəd İran Hərbi Hava Qüvvələrinin imkanlarını zəiflətmək olub. Zərbələr nəticəsində təyyarə və helikopterlər də daxil olmaqla, onlarla hərbi hədəfin vurulduğu qeyd edilir.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Kənan Novruzov bildirib ki, hava limanları obyektiv strateji məntəqələr hesab olunur və müxtəlif təminat və tədarük prosesləri üçün istifadə edilir:


“Bu baxımdan, istər humanitar yardımların daşınması, istər yanacağın tədarükü, istərsə də mümkün silah və sursatların daşınmasının qarşısının alınması məqsədilə hava limanları hədəf alınır. Hava limanlarının hədəf kimi seçilməsi təsadüfi deyil. Eyni zamanda, hava limanları mülki obyektlər hesab olunur və indiyədək İsrail heç bir beynəlxalq hüquq normalarına əməl etməyib. Bu baxımdan, mülki obyektlərin vurulması artıq çox təəccüblü deyil. Yaxın Şərqdə vəziyyət son dərəcə gərgin və mürəkkəbdir. 2-3 hava limanının vurulması yeni qarşıdurma riskini xeyli artırmasa da, həmin əməliyyat mövcud danışıqların, xüsusilə, Pakistan vasitəsi ilə aparılan diplomatik proseslərin effektivliyini zəiflədə bilər. İsrail isə bu proseslərdə xüsusi marağa sahibdir”.


Gövhər Mehyəddinova

#hava #vurub #baki #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər