00:00:00
Yazar
Elmira Ağayeva
05.05.2026 21:30 21 1 dəq oxuma
Siyasət

İsraildə müharibə xəbərlərinə məhdudiyyətlər artırılır

 

 

İsraildə müharibə xəbərlərinə məhdudiyyətlər artırılır

İsraildə Yaxın Şərqdə davam edən müharibə ilə bağlı xəbərlərə tətbiq olunan məhdudiyyətlər genişlənir. Eyni zamanda media qurumları üzərində təzyiqlərin də artdığı bildirilir.

 

 

Sərhədsiz Reportyorlar təşkilatının 30 aprel tarixində yayımladığı Dünya Mətbuat Azadlığı İndeksinə əsasən, İsrail 180 ölkə arasında 116-cı yerdə qərarlaşıb. Müqayisə üçün qeyd edək ki, təşkilatın ilk indeksi açıqladığı 2002-ci ildə İsrail 172 ölkə arasında 56-cı sırada idi.

 

 

Məlumata görə, İsrail ordusunun Qəzzaya hücumları nəticəsində 235-dən çox fələstinli media əməkdaşı həyatını itirib.

 

 

İsrail mediası uzun müddətdir ki, ordunun rəsmi açıqlamalarını əksər hallarda əlavə yoxlama aparmadan yayımlayır. Hərbi və siyasi bəyanatların müstəqil şəkildə təhlili nadir hallarda həyata keçirilir, tez-tez isə özünüsenzura müşahidə olunur. Bununla belə, media qurumları indiyədək hökuməti müəyyən çərçivədə tənqid etməyə davam edib. Lakin bu imkanların da getdikcə məhdudlaşdığı qeyd olunur.

 

 

Qəzzaya beynəlxalq media qurumlarının girişini məhdudlaşdıran İsrail hökuməti, ölkə daxilində də mətbuat azadlığını daraldan addımlar atır. Benjamin Netanyahu hökuməti yerli medianın fəaliyyətinə nəzarəti gücləndirməyə yönəlmiş bir sıra qanun layihələri irəli sürüb.

 

 

Bundan əlavə, raket hücumlarının İsrail ərazisində yaratdığı dağıntıların işıqlandırılmasına da ciddi məhdudiyyətlər tətbiq olunduğu bildirilir.

 

 

BBC News

Nuray Əliyeva

#İsrail #Yaxın Şərq #siyasət
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər